8 ayda dövlət büdcəsindən 224,2 mln. manat geri qaytarılıb
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
2026-cı ilin yanvar-avqust aylarında dövlət büdcəsindən fiziki və hüquqi şəxslərə ümumilikdə 224 milyon 195,4 min manat vəsait geri qaytarılıb.
“APA-Economics” xəbər verir ki, geri qaytarılan vəsaitlərə fiziki şəxslərin pərakəndə ticarət və ictimai iaşə obyektlərindən aldığı mallara, mədəniyyət və tibbi xidmətlərə, eləcə də işğaldan azad edilmiş ərazilərdə mehmanxana xidmətlərinə görə ödənilmiş ƏDV-nin bir hissəsi daxildir.
Həmçinin əcnəbilərin Azərbaycanda istehsal və kommersiya məqsədi daşımayan malların alınmasına görə ödədiyi ƏDV üzrə vəsaitlər geri qaytarılıb.
Bundan başqa, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilən ƏDV-nin bir hissəsi, eləcə də artıq ödənilmiş digər vergilər, dövlət rüsumları, faizlər və maliyyə sanksiyaları üzrə vəsaitlər geri qaytarılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 07 Sentyabr 2026 11:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















