Icma.az
close
up
RU
8 ci kilometr bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı

8 ci kilometr bazarında xadimə ticarətçi qadını döydü: üz sümüyü sındı

Olke.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bakı şəhəri, Nizami rayonu ərazisində yerləşən və "8-ci kilometr” bazarı kimi tanınan ticarət mərkəzində xadimənin ticarətlə məşğul olan qadını döyməsi ilə bağlı məhkəmə qərarı elan olunub.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, 1982-ci il təvəllüdlü, "Ramal” Ticarət Mərkəzində xadimə işləyən Fərqanə adlı qadın barəsində Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa orta ağır zərər vurma - xuliqanlıq niyyəti ilə) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb və işə məhkəmədə baxılıb.

İstintaq zamanı müəyyən olunub ki, Fərqanə bazarın girişində 12 ildir qadın geyimləri satışı ilə məşğul olan Vüsalə adlı ticarətçi ilə mübahisə edib. Səbəb isə Fərqanənin 31-ci sırada yerləşən 3-cü və 4-cü piştaxtalar arasındakı keçidə stul qoyması olub. Bu hərəkətə etiraz edən Vüsalə ilə aralarında əvvəlcə sözlü mübahisə, daha sonra isə fiziki qarşıdurma yaranıb.

Mübahisə zamanı Fərqanə əlindəki stulu yerə qoyaraq Vüsaləyə hücum çəkib və yumruqla onun sol sifət və sol qol nahiyələrinə zərbələr endirib. Hadisə nəticəsində Vüsalənin sol almacıq sümüyü sınıb, həmçinin sol bazusunda və ağzının sol küncündə qançırlar yaranıb.

Məhkəmənin çıxardığı hökmə əsasən, Fərqanə 1 il 9 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib. O, cəza müddətində elektron qolbaqla nəzarət altında saxlanılacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:102
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 May 2025 23:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see206

“2020 ci ildə başladığımız Vətən müharibəsi tarixi zərurət idi”

27 Sentyabr 2025 10:27see172

İlham Əliyevin BMT dəki tarixi çıxışı və Azərbaycanın qlobal diplomatiyadakı rolu

27 Sentyabr 2025 14:12see153

Keyndən 100 cü qol XXI əsrdə TOP 5 liqalarda ən sürətli göstərici

27 Sentyabr 2025 00:09see152

“Şamaxı” “Araz Naxçıvan”a, “Neftçi” “Karvan Yevlax”a qarşı YENİLƏNİR

27 Sentyabr 2025 09:17see150

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see150

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see146

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see146

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see141

İnstaqramı döndəriblər ginekoloji stola

27 Sentyabr 2025 21:43see140

28 sentyabr bu BÜRCLƏR DİQQƏTLİ olsun KONKRET

27 Sentyabr 2025 00:57see139

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see137

Bir damla qan, min ümidə can devizi ilə qanvermə aksiyası təşkil olunub

27 Sentyabr 2025 13:24see135

DSX Komandanı II Fəxri xiyabanda

27 Sentyabr 2025 09:26see134

Türkiyə Superliqası: Qalatasaray səfərdən üç xalla qayıdır

26 Sentyabr 2025 23:14see129

Onkoloji xəstəlikdən əziyyət çəkənlər günlərdir dərman ala bilmirlər

28 Sentyabr 2025 00:25see125

Dini konfessiyaların rəhbərləri Zəfər parkını ziyarət ediblər

27 Sentyabr 2025 10:28see125

AFB Bank bayrağımızı təhrif edib FOTO

27 Sentyabr 2025 22:49see123

Qubada ağır qəza: sürücü öldü, sərnişin xəsarət aldı

27 Sentyabr 2025 01:21see119

İspaniya La Liqası: Madrid derbisində darmadağın

28 Sentyabr 2025 01:41see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri