Icma.az
close
up
RU
8 min il həbs cəzası alan Adnan Oktar yenidən məhkəməyə çıxarılıb

8 min il həbs cəzası alan Adnan Oktar yenidən məhkəməyə çıxarılıb

Icma.az xəbər verir, Moderator.az saytına əsaslanaraq.

Türkiyədə 8 658 il həbs cəzasına məhkum edilən cinayətkar təşkilatının rəhbəri Adnan Oktar barədə daha bir məhkəmə iddiası qaldırılıb və 12 ilə qədər həbsi istənilib.

Bu barədə Oxu.Az Türkiyə KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Adnan Oktarın təşkilatçılıq fəaliyyətini həbsxanadan davam etdirdiyi, xüsusilə vəkilləri vasitəsilə təşkilatı yaşatmağa çalışdığı, həmçinin təşkilatın ifşa olunmuş üzvlərinin yerinə yenilərinin cəlb edilməsinə çalışdığı iddiaları üzrə məhkəmə işinin iclası keçirilib.

Oktar iclasa audio və vizual informasiya sistemi vasitəsilə qoşulub. Məhkəmədə həbsdə olmayan 7 müttəhim və müttəhimin vəkilləri də iştirak edib.

Qeyd edilib ki, Adnan Oktarın əsas məqsədi məhkəmənin əsassız olduğunu və təşkilat üzvləri ilə sevgi münasibəti olduğunu sübut etmək, peşmançılıq ifadə edən insanlara təzyiq göstərməklə ifadələrini geri çəkmələrinə nail olmaq, sosial şəbəkədə paylaşımlar edərək təşkilatın aktivliyini saxlamaq və azadlıqda olan təşkilat üzvlərinin necə davranacağına qərar vermək, şübhəlilər Meltem Daban və Ferhunde Eda Babunaya bu istiqamətdə göstərişlər vermək olub.

Elan edilən rəydə müttəhimlər Adnan Oktar, Meltem Daban və Ferhunde Eda Babunanın "Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək" maddəsi üzrə 5 ildən 12 ilədək həbs cəzasına məhkum edilməsi istənilib.

Xatırladaq ki, 72-si həbsdə olmaqla, 215 müttəhimin mühakimə olunduğu Adnan Oktar cinayətkar təşkilatına qarşı açılan məhkəmə prosesində İstanbul Ağır Cəza Məhkəməsi tərəfindən 16 noyabr 2022-ci ildə qərar verilmişdi.

Qərara əsasən, Adnan Oktar ümumilikdə 891 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə heyəti Oktarı rəhbər vəzifədə olduğu üçün digər müttəhimlərin cinayətlərindən də məsul tutaraq, digər müttəhimlərin cəzaları ilə birlikdə ona ümumilikdə 8 min 658 il həbs cəzası verib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://moderator.az
archiveBu xəbər 07 Dekabr 2024 00:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see408

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see276

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see251

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see212

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see197

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see176

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see147

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see147

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see143

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see138

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see134

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see134

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see133

Neymar və het trik

04 Dekabr 2025 09:17see132

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see131

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see131

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see126

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see125

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri