Icma.az
close
up
RU
8 nəfərin həbs edilməsini nəzərdə tutan layihə səsverməyə çıxarılıb...

8 nəfərin həbs edilməsini nəzərdə tutan layihə səsverməyə çıxarılıb...

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Cənubi Koreyada hərbi vəziyyət elan edilməsində rolu olanların həbs edilməsi tələb olunub

Cənubi Koreya Milli Məclisi 3 dekabrda elan edilmiş hərbi vəziyyətə görə prezident Yun Sok Yolun dərhal həbs olunmasını nəzərdə tutan qərar layihəsini qəbul edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Yonhap” xəbər agentliyinin məlumatına görə, Milli Məclisdə hərbi vəziyyət elan edilməsində rolu olan 8 nəfərin həbs edilməsini nəzərdə tutan layihə səsverməyə çıxarılıb. Səsvermənin nəticəsinə əsasən, prezident Yun, keçmiş müdafiə naziri Kim Yonq-hyun və keçmiş daxili işlər naziri Li Sanq-min də daxil olmaqla 8 nəfərin dərhal həbs olunması tələbi ilə hazırlanan qərar layihəsi 94 əleyhinə 191 səslə qəbul edilib. Səsvermədə iştirak edən 288 millət vəkilindən 3-ü bitərəf qalıb.

Yunun vəzifədən uzaqlaşdırılması ilə bağlı təklif parlamentdə üçdə iki çoxluq əldə edilmədiyi üçün qəbul edilməmiş, buna görə müxalifət bu dəfə həbs qərarını gündəmə gətirmişdi. Digər tərəfdən, Yunun hərbi vəziyyət elanına görə mühakimə olunması üçün xüsusi səlahiyyətli prokuror təyin edilməsini nəzərdə tutan qərar da parlamentdə qəbul edilib.

Prezident Yun Sok Yol 3 dekabr gecəsi televiziya çıxışında müxalifəti dövlət əleyhinə fəaliyyətlərdə iştirak etməkdə ittiham edərək hərbi vəziyyət elan etmiş, lakin parlamentin bu qərarı ləğv etməsi və Nazirlər Kabinetinin də təsdiqlənməsi ilə geri addım atmağa məcbur olmuşdu. O, müxalifəti hökumətin fəaliyyətini həyata keçirməsinə mane olmaqda günahlandıraraq hərbi vəziyyətin Şimali Koreya tərəfdarı qüvvələri aradan qaldırmaq və konstitusiyalı azadlıq qaydasını qorumaq məqsədi daşıdığını müdafiə etmişdi.

"Vətənə xəyanət" şübhəsi ilə aparılan istintaq çərçivəsində prezident Yun Sok Yol üçün ölkədən çıxış qadağasının tətbiq edildiyi bildirilib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:177
embedMənbə:https://sia.az
archiveBu xəbər 10 Dekabr 2024 21:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see694

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see539

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see529

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see333

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see315

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see310

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see304

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see269

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see269

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see265

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see261

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see260

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see260

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see259

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see257

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see255

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see232

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see208

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see204

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri