Icma.az
close
up
RU
“8 Noyabr dövlətçilik tariximizdə ən böyük zəfər, ən parlaq nailiyyətdir”

“8 Noyabr dövlətçilik tariximizdə ən böyük zəfər, ən parlaq nailiyyətdir”

Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə Azərbaycan xalqının 44 günlük Vətən müharibəsindəki qəhrəmanlığına diqqət çəkib, bununla bağlı maraqlı fikirlər səsləndirib. Müzəffər Ali Baş Komandan bildirib ki, 8 Noyabr zəfəri Azərbaycan tarixinin ən parlaq səhifəsidir.

Redaktor.az-a açıqlama verən  Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, polkovnik Cəlil Xəlilov 8 Noyabr zəfərinin yalnız hərb tariximizdə deyil, bütövlükdə dövlətçilik tariximizdə ən unikal hadisə olduğunu bildirib:

“8 Noyabr zəfəri xalqımızın həyatında  mühüm yer tutan, dövlətimizin və dövlətçiliyimizin yalnız bugününə deyil, həm də gələcəyinə bilavasitə təsir göstərən böyük bir zəfər, misilsiz bir qələbədir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin cəmi 44 gün içərisində əldə etdiyi bu tarixi zəfər ərazi bütövlüyümüzlə yanaşı, həm də milli-mənəvi dəyərlər sistemimizi, xalqımızın özünə, öz gücünə və qəhrəmanlığına olan inamını hifz etdi. Prezident İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan əsgər və zabitinin əldə etdiyi bu qələbə göstərdi ki, Azərbaycan yalnız Ermənistana deyil, ona dəstək verən, onun işğalçılıq siyasətini təqdir edən bütün anti-Azərbaycan qüvvələrinə qalib gəlməyə, bu şər ittifaqını darmadağın etməyə qadirdir.

Prezident İlham Əliyevin Cəbrayıl rayonunun Horovlu kəndində sakinləri ilə görüşündə 8 Noyabr zəfərini Azərbaycan tarixinin ən parlaq səhifəsi adlandırması da bu böyük qələbənin zamana sığmayan önəmindən xəbər verir.

Qarşıdan böyük zəfərin 5-ci ildönümü yaxınlaşır. Bu əlamətdar gün münasibətilə bütün xalqımızı təbrik edir, şəhid və qazilərimizin qarşısında hörmətlə baş əyir, böyük sərkərdəmiz Prezident İlham Əliyevə bütün veteranlar adından öz dərin təşəkkürümüzü bildirirəm. Əminliklə vurğulayıram ki, veteranlarımız bugünə qədər olduğu kimi bundan sonra da dövlətimizin və Prezidentimizin ətrafında sıx birləşməkdə davam edəcək, bütün anti-milli, anti-Azərbaycan qüvvələrinin hər bir təxribatına layiqincə cavab verəcək”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:143
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Oktyabr 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see339

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see326

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see311

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see305

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see282

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see269

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see264

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see246

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see236

İki zəhərli ilanı təyyarəyə keçirmək istədi

17 Noyabr 2026 23:17see227

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see227

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see224

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see216

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see211

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see211

Polad Həşimovun anası xəstəxanadan evə buraxılıb TƏBİB

18 Noyabr 2026 01:24see209

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see208

Nənə tarladan 20 min qiyməti olan qızıl tapıb

18 Noyabr 2026 02:56see201

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see186

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri