Icma.az
close
up
RU
8 Noyabr elektrik stansiyasına mediatur təşkil edilib

8 Noyabr elektrik stansiyasına mediatur təşkil edilib

Oxu.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Azərbaycan Milli Mətbuatının yaranmasının 150 illiyi münasibətilə "AzərEnerji" ASC ötən ay istismara verilən ölkənin ən böyük stansiyası - "8 Noyabr" elektrik stansiyasına mediatur təşkil edib.

Oxu.Az-ın Mingəçevirə ezam olunmuş əməkdaşı xəbər verir ki, səfərin əsas məqsədi "8 Noyabr" elektrik stansiyası ilə tanışlıq, mətbuat nümayəndələrinin energetika sektoru ilə bağlı bilgilərinin artırılması və enerji mərkəzi olan Mingəçevirdə mətbuat gününün qeyd edilməsidir. Səfərdə müxtəlif media qurumlarını təmsil edən jurnalistlər iştirak ediblər.

Bildirilib ki, Prezident İlham Əliyev tərəfindən 2023-cü ildə təməli qoyulan 1880 MVt gücündəki "8 Noyabr" elektrik stansiyası rekord müddətdə - cəmi iki il ərzində tikilərək 2025-ci il iyunun 24-də istismara verilib.

Məlumat verilib ki, stansiyanın ərazisində 15 min kubmetrdən çox həcmdə svaylar vurulub, 7 200 ton metal konstruksiya işləri görülüb. Tikinti və quraşdırma işlərində İtaliya, Çin, İspaniya, Türkiyə və digər ölkələrin mütəxəssisləri ilə yanaşı 2 500 nəfər yerli mütəxəssis də çalışıb.

Stansiyanın dayanıqlı qaz təchizatı üçün 10 kilometr uzunluğunda, 1 000 millimetr diametrli borularla yeni qaz xətti çəkilib, iki yeni qaz paylayıcı və tənzimləyici stansiya inşa edilib, müstəqil kompressor qurğuları quraşdırılıb.

"8 Noyabr" elektrik stansiyasının enerji sisteminə inteqrasiyası üçün Mingəçevirdəki "Azərbaycan" İES-in 500 və 330 kV-luq yarımstansiyaları tamamilə yenidən qurularaq genişləndirilib. Bundan əlavə, 65.6 kilometr uzunluğunda 500 kV-luq "Mingəçevir-Samux" ötürmə xətti inşa olunub və 500 kV-luq "Samux" yarımstansiyasında yenidənqurma işləri aparılıb.

Bildirilib ki, ümumi effektivliyi artırmaq üçün "AzərEnerji" tərəfindən Mingəçevirdəki "Azərbaycan" İES-in mövcud 7-ci və 8-ci enerji bloklarının buxar turbinləri zəmanətli əsaslarla modernləşdirilib.

"Dünyanın bir çox ölkələrindəki analoqlarından fərqli olaraq, bu stansiyanın inşasında bir neçə dəfə az vəsait sərf edilib", - deyə məlumatda vurğulanıb.

Daha çox foto burada: PhotoStock.az

Aləmdə Nəsib

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:100
embedMənbə:https://oxu.az
archiveBu xəbər 18 İyul 2025 14:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see211

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see211

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see191

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see187

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see173

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see166

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see164

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see162

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see161

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see160

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see158

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see153

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see153

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see153

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see150

Aqrar sahənin xarici əlaqələri: uğurlar, perspektivlər

24 Yanvar 2026 01:47see145

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see145

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see140

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see140

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri