Icma.az
close
up
RU
8 saatdan artıq işləyənlərin maaşı belə olacaq KONKRET

8 saatdan artıq işləyənlərin maaşı belə olacaq KONKRET

Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Özəl sektorda uzun iş saatlarının geniş yayılması məsələsi cəmiyyətdə tez-tez müzakirə olunur. Mütəxəssislərin fikrincə, bunun həm iqtisadi, həm də sosial səbəbləri var. Bəs, belə halların qarşısını almaq üçün hansı dəyişikliklər və nəzarət mexanizmləri tətbiq oluna bilər?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, özəl sektorda çalışan bir çox insanlar uzun iş saatlarını könüllü şəkildə seçirlər:

“Özəl sektorda fəaliyyət göstərən insanların bəzən özləri də uzun iş saatlarında çalışmağa üstünlük verirlər. Çünki nə qədər çox çalışırsan, o qədər çox qazanırsan. Kafelərdə, restoranlarda, müxtəlif xidmət sahələrində bu hal xüsusilə müşahidə olunur. İstər ofisiantlar olsun, istərsə də digər işçilər – hamısı daha çox pul qazanmaq istəyirlər. Dünyanın hər yerində bu təcrübə var.”

Ekspertin sözlərinə görə, əsas problem uzun iş saatlarının düzgün ödənilməməsi ilə bağlıdır:

“Azərbaycanda məsələ ondadır ki, 8 saatlıq iş rejimindən artıq işləyənlərə qazanc adi qaydada deyil, daha yüksək formada hesablanmalıdır. Əlavə iş üçün əlavə gəlir nəzərdə tutulmalıdır. Burada problemlər var.”

Natiq Cəfərli hesab edir ki, inzibati tənzimləmələr və cərimələr bu sahədə real nəticə verməyəcək:

“Mən hansısa formada inzibati tənzimləmənin əleyhinəyəm. Yoxlamalar və qanunun sərtləşməsi iş adamlarına əlavə yük yaradacaq, vətəndaşlara isə fayda verməyəcək. Bu, sadəcə yoxlayıcı orqanların qazancını artıracaq.”

Ekspert əlavə edib ki, problemin həlli üçün dövlətin nəzarət mexanizmləri şəffaf şəkildə qurulmalı, əlavə iş saatları üçün sahibkarlarla əməkdaşlar arasında rəsmi müqavilələr bağlanmalıdır:

“Dövlət nəzarət etməlidir ki, vaxtından çox işləyənlər daha çox pul qazanmaq üçün sahibkarlarla əlavə müqavilələr bağlasınlar. Əgər bu baş verəcəksə, burada heç bir problem görmürəm.”

Aynurə İsmayıl

KONKRET.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Oktyabr 2025 13:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri