Icma.az
close
up
RU
8 şagird saqqızdan zəhərləndi? İlk dəfədir saqqızdan zəhərlənən görürəm

8 şagird saqqızdan zəhərləndi? İlk dəfədir saqqızdan zəhərlənən görürəm

Icma.az, Gununsesi saytına istinadən bildirir.

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında  Nəsimi rayonu 14 nömrəli tam orta məktəbin 8 şagirdinin özlərini narahat hiss etməsi ilə bağlı təcili tibbi yardıma müraciət olunub. İlkin ehtimallar şagirdlərin birlikdə qəbul etdikləri saqqızla bağlı olsa da, səbəb tam aydın deyil. Mövzu ətrafında ziddiyyətli versiyalar səslənir.

Məsələ ilə bağlı məktəbin direktoru Rafael Hüseynov Gununsesi.info-ya danışıb.

“Bu gün səhər 3-cü dərs vaxtı saat 10-a qalmış bir neçə şagird mənə yaxınlaşdı ki, özümüzü pis hiss edirik, ürəyimiz bulanır. Araşdırdım. Gördüm ki, bunlar 8 nəfərdirlər. Şagirdlərlə maraqlandıq ki, nə məsələdir, nə olub? Dedilər ki, biz səhər saqqız almışıq. Tez müvafiq olaraq biz Təcili Tibbi Yardıma müraciət etdik”.

Məktəb rəhbərliyi vəziyyətin saqqızdan yarandığını desə də, məktəblilər başqa cür düşünür.

Məktəbin həyətində şagirdlərlə söhbət apardığımız zaman. Zəhərlənmənin saqqızdan deyil, bufetdə satılan qida məhsullarından ola biləcəyini dedilər.

“Birinci dəfədir eşidirəm ki, saqqızdan kimsə zəhərlənib. Deyirsiniz ki, köhnədir. Mən bir-iki dəfə dükandan saqqız almışam bir dəfə belə olsun zəhərlənməmişəm. Saqqızdan deyil, başqa bir şeydir. Qoğaldan deyilsəydi inanardım. Yoxlasınlar, eləsinlər”.

“Yeməkdən başqa nədən ola bilər ki?”

“Mən məktəbə getməmişdim bu gün. Evdə valideynimə sinif rəhbərim xəbər  verdi ki, məktəbdə zəhərlənmə olub. 7 nəfər dedilər, 10 nəfər dedilər təxmini bilmirəm. Zəhərlənməni yeməkdən deyirlər başqa nədən ola bilər ki? Bufetdən yəqin ki”.

Məsələyə aydınlıq gətirmək üçün Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə sorğu göndərdik. Qurumdan bildirildi ki, şagirdlərin birinə yuxarı tənəffüs yollarının dəqiqləşdirilməmiş infeksiyası, digər yeddisinə isə kəskin qastrit diaqnozu qoyulub. Onların hər birinə ilkin tibbi yardım göstərilib və vəziyyətləri stabil olduğuna görə evə buraxılıblar. Xoşbəxtlikdən şagirdlərin səhhətində kritik hal qeydə alınmayıb. Məkəb direktorunun saqqız versiyası ilə şagirdlərin qida ehtimalı arasında yaranan fərqli fikir ayrılığı isə araşdırmanı daha da vacib edir.

Ayşən Rəhim 

Gununsesi.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:117
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 11 Dekabr 2025 19:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəbələdə mağaza və çayxana yandı KONKRET

25 Yanvar 2026 09:47see216

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see216

İnklüziv və autizm spektrində olan uşaqların iştirakı ilə səhnə əsəri nümayiş etdirildi

24 Yanvar 2026 12:38see193

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see176

19 yaşlı rəssam Ülviyyə İman meyxananı Londona apardı FOTO

25 Yanvar 2026 07:57see174

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see170

Xərçəng riskini azaldan sadə vərdişlər Həkimdən vacib açıqlama

24 Yanvar 2026 09:58see170

Toyda qayınananın gəlinə baxışları GÜNDƏM OLDU VİDEO

25 Yanvar 2026 15:26see169

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see168

Bakıda saxta qaz işçisi tutulub.

24 Yanvar 2026 11:40see168

“ABŞ ın əlində İrana qarşı hələ tam istifadə etmədiyi 3 imkan qalmaqdadır. Bunlardan ikisi...” ARAŞDIRMA

24 Yanvar 2026 14:51see160

Çexiyalı könüllülər bir neçə günə Ukrayna üçün 4 milyon dollara yaxın vəsait toplayıb

25 Yanvar 2026 04:32see154

Azərbaycan banklarının depozit portfeli

24 Yanvar 2026 12:40see149

Yaşayış minimumuna keçid aztəminatlı əhalinin sosial müdafiəsini gücləndirəcək

24 Yanvar 2026 12:20see147

Suriyada MN YPG yə 15 gün vaxt verdi

25 Yanvar 2026 00:41see146

Təcili Tibbi Yardım avtomobillərində oksigen balonları yoxdur? RƏSMİ

24 Yanvar 2026 18:04see143

Hər gün 5 dəqiqə bunu et və ömrünü uzat

25 Yanvar 2026 02:49see142

Astronomlar metal buludla əhatə olunmuş sirli bir cismi izah edə bilmirlər…

24 Yanvar 2026 21:17see141

Gülaya ondan QADAĞA: “İstəmir, icazə vermir…”

25 Yanvar 2026 02:33see141

Daşaltı əməliyyatından 34 il keçir

25 Yanvar 2026 00:11see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri