Icma.az
close
up
RU
8 TRİLYON BÜDCƏ KƏSİRİ, YANACAQ ÇATMIR, CƏRİMƏLƏR ARTIR Putinin “Valday”da görməzdən gəldiyi problemlər

8 TRİLYON BÜDCƏ KƏSİRİ, YANACAQ ÇATMIR, CƏRİMƏLƏR ARTIR Putinin “Valday”da görməzdən gəldiyi problemlər

Icma.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Soçidə keçirilən “Valday” klubunun toplantısında Prezident Vladimir Putin ölkə iqtisadiyyatının gələcəyi ilə bağlı çıxış edərək ƏDV-nin 22 faizə qaldırılacağını elan edib.

“AzPolitika” xəbər verir ki, Prezidentin sözlərinə görə, bu addım “iqtisadi parametrləri qorumaq və gələcək üçün baza yaratmaq” məqsədi daşıyır. Halbuki, cəmi bir ay əvvəl o, vergilərin artırılmasına ehtiyac olmadığını bəyan etmişdi.

Putin həmçinin büdcə müzakirələrinə toxunaraq kəsirin qaçılmaz olduğunu etiraf edib. Bununla belə, yüksək faiz dərəcələrinin iqtisadiyyatı “soyutmayacağına” ümid etdiyini deyib. Lakin iqtisadçılar prezidentin arqumentlərini inandırıcı saymırlar.

İqtisadçı Vyaçeslav Şiryayev bildirir ki, ƏDV-nin artırılması biznesin xərclərini yüksəldir, mənfəəti azaldır və əhalini yoxsullaşdırır. Bu isə daxili tələbatın azalmasına, iqtisadi daralmaya və gələcəkdə daha da böyük vergi itkisinə gətirib çıxaracaq: “ƏDV-ni qaldırmaq yalnız maliyyə naziri Siluanova sərfəlidir, çünki büdcənin kağız üzərində balansını göstərmək üçün əlavə trilyon rubl toplaya biləcək. Amma ümumi kəsir 8 trilyondursa, 1 trilyon problemi həll etmir. Əksinə, iqtisadiyyatı daha da dərin böhrana sürükləyir”.

Ekspertin sözlərinə görə, Putin həqiqi rəqəmlərdən qaçır, çünki onlar “kabus kimi görünür” – sadəcə 2024-cü ildə büdcə kəsiri 6 trilyon rubldan artıq ola bilərdi.

Prezident çıxışında ölkənin ən ağrılı problemi olan benzin qıtlığına toxunmayıb. Halbuki:

- İşğal olunmuş Krımda bu həftə satış norması əvvəlcə 30 litr, sonra isə 20 litrədək azaldılıb;

- Yaroslavl vilayətindəki neftayırma zavodunda baş verən yanğından sonra PUA fotolarının yayılması qadağan edilib;

- Orskdakı zavodun vurulmasından sonra isə 20-dən çox region yanacaq çatışmazlığından şikayət edir.

Ekspertlər xəbərdarlıq edirlər ki, vəziyyət stabilləşdirilməsə, benzinin qiyməti 100 rubla qədər bahalaşa bilər. İdxal variantı isə sanksiyalara görə riskli və xeyli bahalıdır.

Şiryayev hesab edir ki, hakimiyyət büdcə kəsirini bağlamaq üçün əhalidən maksimum vəsait toplamağa çalışır. Təkcə cərimələr hesabına 850 milyard rubl gəlir planlaşdırılıb. Bu isə hər bir vətəndaş üçün təxminən 6-7 min rubla bərabərdir.

Əhalinin real gəlirləri sürətlə azalır: pensiyalar 9 ayda cəmi 350 rubl artıb, halbuki, qiymətlər 12-15% yüksəlib. Bu siyasətin mahiyyəti isə, ekspertin sözləri ilə desək, “əhalini kasıb saxlamaq”dır: “Hakimiyyət istəyir ki, insanlar yoxsul qalsın, çünki onlar yalnız yerli məhsullar alır. Bu, daxili bazarı qorumaq üçün tətbiq edilən açıq strategiyadır”.

Putin “Valday”da optimist bəyanatlar səsləndirsə də, ölkənin sosial-iqtisadi problemlərini gizlətmək mümkün deyil. Yanacaq böhranı, sürətlə artan qiymətlər və azalan gəlirlər fonunda vergilərin artırılması əhalinin yükünü daha da ağırlaşdıracaq.

Rasim Əliyev

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 04 Oktyabr 2025 11:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see714

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see203

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see201

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see189

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see188

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see181

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see166

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see163

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see157

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see151

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see148

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see147

Prezident İlham Əliyevin yerli televiziya kanallarına verdiyi müsahibənin müasir Azərbaycan reallıqları fonunda dəyərləndirilməsi

07 Yanvar 2026 09:53see142

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see141

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see141

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see138

Fənərbaxça nı finala yüksəldən qələbə Video

07 Yanvar 2026 09:12see138

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see136

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri