Icma.az
close
up
RU
80 ildən sonra torpaq altından çıxdı: Yüz milyonlarla dəyəri var

80 ildən sonra torpaq altından çıxdı: Yüz milyonlarla dəyəri var

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Numizmatika dünyası üçün həqiqi bir sensasiya baş verib: onilliklərdir unudulmuş nadir qızıl sikkələr kolleksiyası – təxminən 160 milyon Avstraliya dolları (təqribən 100 milyon ABŞ dolları) dəyərində bir xəzinə aşkar edilib. Bu kolleksiya "Səyyahın kolleksiyası” adlandırılıb və artıq tarixdəki ən dəyərli xəzinə adına iddialıdır.

Ölkə.az Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə "Daily Galaxy" məlumat yayıb.

Kolleksiyanın hekayəsi

Kolleksiya 1930-cu illərdə Avropanı və Amerikanı dolaşan bir Avropa kolleksiyaçısı tərəfindən toplanıb. O, ən nadir sikkələrin axtarışı ilə məşğul olub. II Dünya müharibəsinin başlaması ilə sikkələrin itirilməsi qorxusundan onları torpağa basdırıb. O vaxtdan bəri xəzinənin yeri barədə heç bir məlumat olmayıb.

Unudulmuşluqdan qayıdış

Kolleksiya 80 ildən artıq müddət ərzində toxunulmamış şəkildə torpağın altında qalıb. Onu yalnız yaxınlarda varislər təsadüfən aşkar ediblər. Sikkələr metal konteynerlərdə və siqar qutularında saxlanılıb və torpaq altında ustalıqla gizlədilibmiş. Hazırda xəzinə mütəxəssislərin əlinə keçib və onun ictimaiyyətə təqdim olunması üçün hazırlıqlar gedir.

Tarixi auksion

Kolleksiyanın bir hissəsi ilk dəfə olaraq 20 may 2025-ci il tarixində Londonda tanınmış "Numismatica Ars Classica” (NAC) auksion evi tərəfindən satışa çıxarılıb. Bu, numizmatika tarixində ən mühüm tədbirlərdən biri hesab olunur.

Kolleksiyada yüzlərlə sikkə var və hər biri həm maddi, həm də tarixi baxımdan yüksək dəyərə malikdir. Onlardan bəziləri:

Ferdinand III-ə aid 100 dukatlıq (1629-cu il) – təxminən 350 qram ağırlığında bu sikkə 1,3 milyon ABŞ dollarından çox qiymətləndirilir.

Polşa kralı III Ziqmundun 70 dukatlıq sikkəsi – təxminən 470 min ABŞ dolları dəyərindədir.


XVIII əsrin sonlarına aid son dərəcə nadir İran tomanları – tam dəst şəklində olan bu sikkələrdən dünyada yalnız beş ədəd mövcuddur.

Danışan kolleksiya

Kolleksiyanın fərqli xüsusiyyəti ondadır ki, bəzi sikkələr 80 ildən çoxdur ki, ictimaiyyətə təqdim olunmamışdı, bəziləri isə heç vaxt rəsmi şəkildə sənədləşdirilməmişdi. Kolleksiyaçının dəqiq qeydləri sayəsində sikkələrin XIX əsr auksionlarına qədər uzanan mənşəyi izlənə bilib.

"Bəzən elə gəlirdi ki, bir miraj üzərində işləyirəm. Bu, sadəcə sikkə dəsti deyil – bu, metalda həkk olunmuş bir tarixdir”, deyə NAC məsləhətçisi Devid Gest bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 İyun 2025 01:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri