Icma.az
close
up
RU
80 illik sistem çökdü, Rusiya son anonsu verdi: Dünya buna hazır olmalıdır

80 illik sistem çökdü, Rusiya son anonsu verdi: Dünya buna hazır olmalıdır

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-ın Rusiya ilə birlikdə Ukraynada müharibənin başa çatdırılması üçün hazırladığı “sülh planı”nın detalları rezonans doğurub. 28 maddədən ibarət planın tam mətnini ukraynalı deputat Aleksey Qonçarenko yayıb.

Deputat bu sənədin Vaşinqtonun Qəzzada atəşkəsin əldə olunması üçün hazırladığı 20 maddəlik sülh planını xatırlatdığını bildirib. Ukrayna planında Rusiyanın qonşu ölkələrə hücum etməcəyi və NATO-nun isə daha da genişlənməyəcəyinin razılaşdırıldığı bildirilir. Məlumata görə, Ukraynanın suverenliyi təsdiqlənəcək, ordunun sayı məhdudlaşdırılacaq, son 30 ildəki problemlər həll ediləcək, təhlükəsizliklə bağlı razılaşma olacaq, ölkə NATO-ya qoşulmayacağını bəyan edəcək.

Sözügedən planın reallaşması Ukrayna üçün nə ilə nəticələnə bilər?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Ukrayna üçün nəzərdə tutulan “sülh planı”nın mətni Rusiyanın tələblərinin böyük ölçüdə qəbul edilməsi və Kiyevin kapitulyasiyası mənasına gəlir:

“Ukrayna tərəfi müzakirələrə hazır olduğunu açıqlayıb, ABŞ da bəyan edib ki, plan müzakirə edildikdən sonra qəbul oluna bilər. Lakin planda müəyyən korektlər edilsə belə, Ukraynanın güzəştləri və Rusiyanın əsas tələblərinin qəbul edilməsi məsələsi çox dəyişdirilməyəcək.

Bu planın qlobal müstəvidə təsirləri olacaq. Birincisi, beynəlxalq hüququn deqradasiyaya uğraması və güclünün haqlı olması mənzərəsi yaranır. Rusiyanın tələblərinin qəbul edilməsi o deməkdir ki, güclü ölkələr zəif hesab etdikləri ölkələrə hücum edə, ərazilərini ələ keçirə bilərlər. Bu, beynəlxalq müstəvidə mənfi presedentlər yaradır.


Asif Nərimanlı

İkincisi, qlobal siyasətdə daşlar yerindən oynaya bilər. İkinci Dünya müharibəsindən (1939-1945) sonra Qərbdə mövcu olan ittifaqlar dağılacaq, xüsusilə “kollektiv Qərb” anlayışı sıradan çıxır. Avropa İttifaqı və ABŞ arasında uzaqlaşma daha da dərinləşəcək. Rusiyanın qlobal müstəvidə “güc mərkəzi” olmaq mövqeyi güclənəcək və postsovet məkanında təsirləri artacaq. ABŞ və Rusiya düyanın müxtəlif regionlarında ortaq maraqlardan çıxış edəcəklər.

Əslində, Ukraynada müharibənin başlanma səbəbləri fonunda bu plan məntiqi sonluq hesab oluna bilər. Çünki yekunda Moskvanın maraqlarının qəbul edilcəyi gözləntisi əvvəldən mövcud idi. Belə bir addım Ukraynada Prezident Volodimir Zelenskinin hakimiyyətinin ömrünü qısaldacaq”.

Turan Rzayev
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:50
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 21 Noyabr 2025 16:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda müqəddəs Ramazan ayı nə vaxt başlayır?

04 Yanvar 2026 10:12see392

Amerikanı kim kəşf edib? Əlbəttə ki, ermənilər!

04 Yanvar 2026 13:20see235

Maduro əməliyyatının sirləri açılır: Xeyli kubalı ölüb

04 Yanvar 2026 15:52see212

Cəlilabadda “KamAz”la “Hyundai” toqquşdu KONKRET

04 Yanvar 2026 22:07see209

Əliyev fiziki cəhətdən güclüdür, işin incəliyini bilir Tokayev

05 Yanvar 2026 09:19see202

Birbank ın bu xidməti niyə işləmir?

05 Yanvar 2026 08:08see182

Görünməz təhlükə: Arktika buzundakı çatlar və duman iqlim bombası yaradır

04 Yanvar 2026 21:26see176

Afrika Millətlər Kuboku: Mərakeş və Kamerun 1/4 finalda

05 Yanvar 2026 01:04see175

Gəncədə baş verən yanğın nəticəsində bir nəfərin meyiti aşkarlanıb

04 Yanvar 2026 23:37see172

Baktelekom abunəçilərinin NƏZƏRİNƏ: Tarif paketləri dəyişir

05 Yanvar 2026 04:33see167

80 mlrd. dollarlıq fürsəti qaçırsaq, çox ağır durumla qarşılaşacağıq İqtisadçı

05 Yanvar 2026 14:13see166

ABB də xəbərdarlıqsız komissiya

05 Yanvar 2026 06:43see165

Elman Qəmbərov general Vaqif Axundova tələ qurmuşdu Polkovnik SİRLƏRİ AÇDI

04 Yanvar 2026 17:04see151

CAR da qorxunc qətl: Gənc oğlan ayin zamanı ata anasının gözü qarşısında güllələndi

04 Yanvar 2026 12:17see148

Maduro Nyu Yorka gətirilib Fotolar

04 Yanvar 2026 09:15see143

2026 da işləri “yağ kimi” gedəcək 5 BÜRC KONKRET

04 Yanvar 2026 10:01see142

Aydın Sezer: ABŞ Latın Amerikasını hələ də arxa bağçası kimi görür

04 Yanvar 2026 18:38see139

İranda etirazların səkkizinci günüdür

04 Yanvar 2026 09:16see137

ABŞ ın Venesuelada irimiqyaslı əməliyyat keçirəcək

04 Yanvar 2026 08:59see130

Afrika Millətlər Kuboku: Nigeriya və Misir növbəti mərhələdə

06 Yanvar 2026 00:59see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri