Icma.az
close
up
RU
80 mindən çox azərbaycanlıya görə narahatlıq: ittifaq qurulur Günahkarlar...

80 mindən çox azərbaycanlıya görə narahatlıq: ittifaq qurulur Günahkarlar...

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Son 5 ildə Azərbaycanda 82 944 uşaq nikahdan kənar dünyaya gəlib. Bəziləri bunu sosial yardım almaq məqsədilə edilən addım kimi izah edir, digərləri isə ailə dəyərlərinin zəifləməsi və rəsmi nikahların azalması ilə əlaqələndirir.

Nikahdan kənar doğulan uşaqların sayının artmasının səbəbi nədir? Bu, həqiqətən hiylə ola bilərmi?

Globalinfo.az-a danışan sosioloq Lalə Mehralı deyib ki, sosial yardım almaq üçün müəyyən şərtlər mövcuddur:

“Lakin bəzi hallarda bu yardımı əldə etmək məqsədilə rəsmi nikahı, sənədi və qeydiyyatı olmayan uşaqların dünyaya gətirilməsi fikri irəli sürülür. Nikahdankənar doğulan hər bir uşaq, əslində, cəmiyyətdə dəyərlərin zəifləməsinin və ailə institutunun aşınmasının göstəricisidir. Son illərdə “vətəndaş nikahı” anlayışı, sanki məsum bir münasibət forması kimi təqdim olunur. Halbuki bu, hüquqi əsası olmayan, sosial və mənəvi baxımdan qeyri-sabit bir “ittifaq”dır. Belə münasibətlər nəticəsində nikahdankənar uşaqların sayı artır. Təəssüf ki, son illər Azərbaycanda da bəzi qruplar və media vasitələri vətəndaş nikahını açıq şəkildə təbliğ edirlər. Gənclərin rəsmi nikah olmadan birlikdə yaşaması, cinsi münasibət qurması normal hal kimi təqdim edilir. Vətəndaş nikahından uşaq dünyaya gətirən məşhurlar efirə çıxarılır və bu davranış ictimaiyyətə adi hal kimi göstərilir”.

Lalə Mehralı

Sosioloq bildirib ki, cəmiyyətdə ailə qurmaq çox vaxt yalnız toy mərasimi ilə əlaqələndirilir:

“Əgər böyük toy olursa, qonaqlar çağırılırsa, gəlinin belinə qırmızı lent bağlanırsa, bunu “rəsmi ailə” hesab edirlər. Əslində qanuni ailə yalnız rəsmi nikahla formalaşır. Gənclər çox vaxt rəsmi nikaha girmədən toy edib birgə yaşamağa başlayır, uşaqları dünyaya gəlir, lakin sənəd məsələsi yalnız uşaq məktəbə gedərkən və ya sosial yardım almaq zamanı yada düşür. Bu müddət ərzində ailədə doğulan uşaqlar nikahdankənar sayılır və rəsmi qeydiyyat olmadığı üçün onların hüquqları məhdudlaşır. Belə halların qarşısını almaq üçün ailə institutuna ciddi diqqət yetirilməli, rəsmi nikahın əhəmiyyəti cəmiyyətə aşılanmalı və ailə dəyərləri yenidən gücləndirilməlidir”.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:231
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 08:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see317

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see299

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see296

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see291

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see278

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see277

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see256

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see253

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see250

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see243

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see242

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see235

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see229

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see218

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see214

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see210

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see201

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see192

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri