Icma.az
close
up
RU
80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək

80 qəpiyə görə Yeni ili həbsdə keçirəcək

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakıda taksi sürücüsü ilə xanım müştərisi arasında insident baş verib.

"Cebheinfo.az" xəbər verir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində qeydə alınıb.

Belə ki, G.Məmmədova (şərti) Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək taksi sürücüsünün onun evinə hücum etdiyini deyib.

Polis əməkdaşları dərhal hadisə yerinə yaxınlaşıblar və 1982-ci il təvəllüdlü sürücü E.Əkbərli (şərti) saxlanılıb.

Saxlanılan şəxs Nizami RPİ-nin 25-ci Polis Şöbəsinə aparılıb, eləcə də ondan şikayətçi olan qadın izahat verməsi üçün oraya dəvət edilib.

G.Məmmədova bildirib ki, mübahisə xırda pulunun olmamasına görə başlayıb: “Metronun “Sahil” stansiyasından yaşadığım ünvana getmək üçün nağd ödəniş seçməklə taksi sifariş vermişdim. Üzərimdə xırda pul olmadığı üçün yaşadığım mənzilə gedib uşağın cibindən 2 manat götürdüm. Taksi proqramı 4 manat 70 qəpik yazmışdı, sürücüyə 5 manat verəcəkdim. Ancaq sürücünün kobud münasibətinə görə 4 manat 70 qəpiyi avtomobilin oturacağının üstünə qoydum. Amma o, taksini gözləməyə qoyduğunu, buna görə 5 manat 50 qəpik ödəməli olduğumu bildirdi. Mən də yenidən pul götürmək üçün evə qalxdım. Bacım da həmin vaxt evdə idi. Daha sonra sürücü də binada yaşadığım mənzilə qalxıb, mənə dələduz deyərək pulunu verməyimi tələb etdi, mənzilin qapısını təpikləyərək zorla evə daxil olmağa çalışdı. Bu şəxsin islah edilməsini tələb edirəm”.

Taksi sürücüsü isə qeyd edib ki, müştəri xırda pul gətirmək üçün gedib və 2 saat geri qaytmayıb:

“Sertifikat əsasında taksi sürücüsü kimi işləyirəm. Mən ona kartla ödəniş edə biləcəyini dedim, amma razılaşmadı. O gedib nağd pul gətirəcəyini dedikdə gözləmənin hər dəqiqəsinə görə 1 qəpik xidməthaqqı yazıldığını dedim. İlk olaraq yarım saatdan çox gözlədim. Ödənişi gətirib verdikdə gözləməyə görə əlavə pul yazdığını dedim. O yenə gedib gətirəcəyini dedi, amma geri qayıtmadı. 2 saata yaxın gözlədim. Ona zəng edib ödənişi tələb etdim, əks halda polisə verəcəyimi dedim. Daha sonra həmin binada mənzilini tapıb qapıya yaxınlaşdım”.

Polis tərəfindən taksi sürücüsü barəsində inzibati protokol tərtib edilərək Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmənin qərarı ilə ona 12 sutkalıq həbs verilib.

Bu hadisə səbəbindən sürücü Yeni ili həbsdə qarşılamalı olacaq.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:153
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 30 Dekabr 2025 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri