Icma.az
close
up
RU
80 yaşlı Luçeskunun səhhəti nə yerdədi?

80 yaşlı Luçeskunun səhhəti nə yerdədi?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

DÇ-2026-ya qatılmaq uğrunda pley-off matçlarının startına bir aydan bir qədər artıq vaxt qalıb. İlk oyunlar martın 26-da keçiriləcək.

"Football-plus.az" xəbər verir ki, maraqla gözlənilən oyunlardan biri də Türkiyə ilə Rumıniyanın duelidi. Belə önəmli qarşılaşma ərəfəsində rumınlarda baş məşqçi Mirça Luçesku ilə bağlı çox ciddi qeyri-müəyyənlik yaşanır. Hazırda baş məşqçi Luçesku olsa da, komanda bu oyuna fərqli mütəxəssisin rəhbərliyi altında çıxa bilər.
Məsələ burasındadı ki, 80 yaşlı Luçesku son vaxtlar səhhətiylə bağlı ciddi problem yaşayır. Yanvarın sonlarında o, adi soyuqdəymədən sonra bir neçə gün yüksək hərarət içində olduğundan hər ehtimala qarşı xəstəxanaya yerləşdirilmişdi. Ancaq fevralın əvvəllərindən başlayaraq onun vəziyyəti yenə pisləşdi. Ünlü mütəxəssis yenidən xəstəxanaya yerləşdirildi. Analizlərin cavabı təmiz çıxsa da, onun hərarəti düşmək bilmədi. Yerli səhiyyəyə etibar etməyən Luçesku ailəsi ilə birlikdə Brüsselə yollanıb. O, hazırda məhz Brüsseldə həkimlərin nəzarəti altındadı.
Bütün bunlar, təbii ki, Rumıniya futbol ictimaiyyətində birmənalı qarşılanmır. Luçesku ölkəsində hər nə qədər sevilsə də, futbolsevərlər onun səhhəti ilə bağlı problemlərin komandaya baha başa gəlməsini istəmir.
Luçeskunun yaxın dostu, FKSB-nın sabiq prezidenti Corc Bekali bunları deyib: “Onun durumunun getdikcə yaxşılaşdığını eştimişəm. Hər şey həkimlərin cavabından asılı olacaq. Ailəsi də onun artıq evdə qalmasını istəyir. Onun problemi adi soyuqdəymə olsaydı, bir-iki günə sağalardı. Amma işlərin lap da pis olduğunu düşünmürəm. Mesajlarıma pozitiv cavablar verir. Gələcəyinə özü qərar verməlidi. Bu yaşda DÇ-yə vəsiqə uğrunda mübarizə böyük stress yaradır. Ancaq digər tərəfdən DÇ-yə vəsiqənin onun son böyük arzusu olduğunu bilirəm”.
Rumıniya Futbol Federasiyasının (RFF) prezidenti Razvan Burleanu isə konkret tarix verib: “Luçesku ilə danışmışam. Səhhətində dəyişiklik yoxdu. Əcnəbi həkimlərin fikrini öyənmək istəyir. Fevralın 20-də sonuncu dəfə bu məsələni müzakirə edib qərarımızı verəcəyik. Qarşıdakı oyunlar yığma komandamız üçün çox mühüm əhəmiyyət daşıyır. Bu oyunlara bizi ən yaxşı şəkildə hazırlaşdıra biləcək məşqçiyə sahib olmalıyıq. Özümüzü hadisələrin hər cür axarına hazırlamışıq. Həkimlərin yekun rəyindən sonra hansı istiqamətdə addım atacağımıza qərar verəcəyik”.
Bu arada Rumıniya mətbuatından bu məsələ ilə bağlı yeni xəbərlər gəlməkdədi. Yerli mənbələrin yazdığına inansaq, Luçesku ilə yollar ayrılacaq və federasiya artıq yeni məşqçinin axtarışına başlayıb. İlk təklif George Haciyə göndərilib. Amma “Karpat Maradonası” Türkiyə ilə oyuna qədər çox az bir zaman qaldığını bildirərək bu məsuliyyətin altına girmək istəməyib və təklifi geri çevirib. Ondan fərqli Mihai Stoykitse yığmanın müvəqqəti məşqçisi olmaq təklifini qəbul edib. Hərçənd Stoykitsenin özünün də 71 yaşı var. 2002/03-də “Ankaragücü”nü çalışdıran, eləcə də Panama, Küveyt, Ermənistan yığmasında işləyən bu mütəxəssis 2017-dən bəri RFF-də yönətici kimi çalışır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 Fevral 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see309

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see300

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see291

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see277

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see271

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see267

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see253

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see242

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see236

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see229

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see218

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see218

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see217

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see215

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see212

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see202

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see202

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see199

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see194

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri