Icma.az
close
up
RU
80 yaşlı Vitya baba Göyçəyə qayıdacağı günü səbirsizliklə gözləyir AZƏRTAC

80 yaşlı Vitya baba Göyçəyə qayıdacağı günü səbirsizliklə gözləyir AZƏRTAC

Azertag saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göygöl, 18 noyabr, Elcan Məmmədov, AZƏRTAC

Biz – Qərbi azərbaycanlılar inanırıq ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında Qarabağa qayıtdığımız kimi, doğma yurdlarımıza da qayıdacağıq. Göyçəni, Zəngəzuru böyüyüb boya-başa çatdığım - Göyçə mahalının Qarayamanlı kəndini yenidən görəcəyəm.

Bu sözləri AZƏRTAC-ın bölgə müxbiri ilə söhbətində əslən Göyçə mahalının Qarayamanlı kəndindən olan Vitya Alıyev deyib.

O, 1944-cü ilin iyul ayının 1-də Göyçə mahalının Qarayamanlı kəndində anadan olub. Orta təhsilini Qarayamanlı kəndində alan Vitya hərbi xidmətdən qayıtdıqdan sonra kolxozda sürücü işləyib.

“Göyçədə yaşadığım günlər çox gözəl idi. Biz orada xəstəlik nədir bilməzdik. Sanki oranın havası, suyu adamı diri saxlayırdı. Sürücü kimi işləyir, həm də mal-qara saxlayırdım. Dolanışığımız çox yaxşı idi. Ermənilər bizi elimizdən qovana qədər hər şey qaydasında idi”, - deyə V.Alıyev o günləri yada salır.

Qarayamanlı kəndində ailə həyatı quran Vitya babanın 8 qız, 2 oğlan övladı da elə Göyçədə dünyaya göz açıb. 1988-ci ildə erməni vandalları Qərbi Azərbaycanda yaşayan soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti həyata keçirməyə başlayanda o da ailəsi ilə birlikdə evini, mal-mülkünü atıb Azərbaycana gəlməli olub.

Vitya Alıyev həmin günləri həyəcanla xatırlayır, ermənilərin ona çox dəhşətlər yaşatdığını deyir: “1987-1988-ci illərdə ermənilər azərbaycanlılara qarşı aqressiv davranışları daha da artdı. Artıq qorxumuzdan evdən bayıra belə çıxa bilmirdik. Ərzağımız getdikcə tükənir, imkanlarımız məhdudlaşırdı. Bir təhər övladlarımla birgə öz avtomobilimlə Göyçəni həyəcan və stress içində tərk edə bildim. Biz kənddən çıxanda ermənilər 3 avtomobillə bizi təqib edirdi. Çox cəhd etdilər ki, bizim avtomobili saxladıb təzyiq eləsinlər, nəsə zərər vursunlar, amma mən buna imkan vermədim. Şınıx istiqamətinə dönüb azərbaycanlılar olan kəndə yaxınlaşanda onlar bizdən əl çəkdilər”.

1988-ci ildən həyat yoldaşı və övladları ilə birlikdə Göygöl rayonunda məskunlaşan 80 yaşlı Vitya babanın 24 nəvəsi, 12 nəticəsi var. 1973-cü ildə Göyçədə aldığı və deportasiya zamanı özü ilə gətirdiyi “VAZ” markalı avtomobil isə həmin günlərin yadigarıdır. Vitya Alıyev inanır ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə doğma dədə-baba torpağına elə Göyçədə aldığı avtomobillə geri qayıdacaq.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:103
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see272

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see215

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see195

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see168

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see159

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see153

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see152

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see148

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see144

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see140

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see139

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see138

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see135

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see133

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see132

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see126

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see124

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri