800 dən çox rusiyalını Latviyadan çıxarırlar
Reyting.az saytına istinadən Icma.az xəbər verir.
800-dən çox Rusiya vətəndaşı 2025-ci il oktyabr ayının ortalarına qədər Latviyanı tərk etməlidir. Buna səbəb onların Latviyada daimi yaşayış üçün tələblərə cavab verməməsidir.
Reyting.az xarici KİV-lərə istinadla bildirir ki, Latviya Miqrasiya Xidməti 841 Rusiya vətəndaşına daimi yaşayış üçün tələblərə cavab vermədikləri üçün oktyabrın 13-dək ölkəni tərk etmələri barədə xəbərdarlıq edib.
2024-cü ildə Latviya bu şəxslərin icazənin yenilənməsi üçün sənədləri təqdim etmə müddətini uzadıb.
Təlimatlara könüllü əməl edilmədikdə, icazə müddəti bitmiş şəxslərə - əcnəbilərin saxlanma təcridxanalarına yerləşdirilməklə və ya humanitar istisnalar olduqda həmin vaxta qədər yaşadıqları mənzildə qalan şəxslərə qarşı deportasiya proseduru tətbiq ediləcək.
Bildirilir ki, Rusiya vətəndaşlarının yarıdan az hissəsi dövlət dilini bilmək testindən keçib - bu, icazənin uzadılması üçün şərtlərdən biri idi.
Bundan əlavə, Latviya təhsil sistemində rus dilini ikinci xarici dil kimi istifadə etməkdən tədricən uzaqlaşır.
E. KAMAL
Bu mövzuda digər xəbərlər:Latviya 800 dən çox rusiyalını ölkədən çıxarır...
10 Oktyabr 2025 19:17
Rusları Latviyadan niyə qovurlar?
14 Oktyabr 2025 08:24
Latviyadan ruslarla bağlı çağırış: Dayandırılsın!
06 Mart 2025 17:37
Onları efirə necə çıxarırlar?
30 Noyabr 2024 13:34
Belaruslular ölkədən pullarını çıxarırlar
16 Dekabr 2024 22:04
Baxış sayı:36
Bu xəbər 08 Sentyabr 2025 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















