810 noyabrda gözlənilən hava şəraiti açıqlanıb Xəbər saytı Son xəbərlər və Hadisələr
Baku.ws saytına istinadən Icma.az xəbər verir.
Bakı və Abşeron yarımadasında 8-10 noyabrda gözlənilən hava şəraiti açıqlanıb.
BAKU.WS xəbər verir ki, bu barədə Milli Hidromteorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, Bakı və Abşeron yarımadasında noyabrın 8-də havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı, gecəyə doğru leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 5-8, gündüz 13-16 dərəcə isti olacaq. Noyabrın 9-da arabir yağış yağacağı, gecə və səhər yarımadanın bəzi ərazilərində leysan xarakterli olacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-15 dərəcə isti olacaq.
Noyabrın 10-da havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, gecə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Havanın temperaturu gecə 8-11, gündüz 12-16 dərəcə isti olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:72
Bu xəbər 07 Noyabr 2024 17:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















