Icma.az
close
up
RU
84 nəfər üzərək ölkədən QAÇDI

84 nəfər üzərək ölkədən QAÇDI

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

İspaniyanın Şimali Afrikadakı ərazisi Seutaya Mərakeşdən üzüb keçməyə çalışan azı 84 miqrant görüntülənib. 

"Cebheinfo.az" xəbər verir ki, İspaniyanın ictimai yayımçısı RTVE-nin paylaşdığı görüntülərdə 54 uşaq və 30 böyüyün dalğalı dənizdə üzüb Seutaya çatmağa çalışdığı əks olunub. Mülki Qvardiya (Guardia Civil) qüvvələri bəzi miqrantları qayıqlarla xilas edib, lakin çoxu üzüb keçə bilib.

Miqrantlar müvəqqəti sığınacaq mərkəzlərinə yerləşdirilib. Seuta rəhbərliyi isə miqrasiya təzyiqinə görə mərkəzi hökumətdən dəstək istəyib. Seuta regional rəhbərliyindən Xuan Rivas bildirib: “Bizi tək buraxmayın. Bu, dövlət məsələsidir və həll olunmalıdır”.

Keçən il avqustun 26-da da yüzlərlə miqrant dumanın çökdüyü bir anda fürsətdən istifadə edərək üzüb Seutaya keçməyə cəhd etmişdi. 2021-ci ildə isə bir oğlan uşağının plastik butulkalar üzərində Seutaya keçməyə çalışması diqqət çəkmişdi.

Seuta Şimali Afrikadakı yeganə İspaniya ərazisi deyil. O, Melilya ilə birlikdə Avropa İttifaqının Afrikadakı quru sərhədini təşkil edir. Hər iki şəhərdə təxminən 85 min nəfər yaşayır. Üç il əvvəl Melilya sərhədində tikanlı məftilləri keçməyə çalışan miqrant izdihamında azı 23 nəfər həyatını itirmişdi.

Əgər miqrantlar Mərakeş vətəndaşıdırlarsa, uşaq deyillərsə və sığınacaq müraciətləri yoxdursa, sürətlə geri göndərilirlər. Digər ölkə vətəndaşları isə bir neçə gün müvəqqəti mərkəzlərdə saxlandıqdan sonra sərbəst buraxılırlar.

Baş nazir Pedro Sançesin rəhbərlik etdiyi hökumət 2021-ci ildən bəri təxminən 700 min qeyri-qanuni miqranta hüquqi status verib. Miqrantlar kənd təsərrüfatı, tikinti, turizm və səhiyyə sahələrindəki işçi çatışmazlığını aradan qaldırmağa kömək edir. Lakin ölkədəki 10 faizlik işsizlik səviyyəsi və miqrasiya siyasəti bəzi dairələr tərəfindən tənqid olunur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 28 İyul 2025 12:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see284

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see279

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see270

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see257

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see250

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see245

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see232

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see220

Azərbaycan Gürcüstandan qoyun və keçi idxalını təqribən 40 % azaldıb

19 Oktyabr 2026 21:01see213

“Faiz haramdır“dan 50% lik faizə...

19 Oktyabr 2026 20:26see205

Ədəbiyyatşünas Dmitro Drozdovski: Səlim Babullaoğlu mədəniyyət diplomatıdır

19 Oktyabr 2026 20:05see205

Bəzi rayonlarda işıq olmayacaq

20 Oktyabr 2026 00:21see204

“Qlobal iqtisadiyyatda qiymət artımları daxili bazarda da bahalaşmaya səbəb olur” EKSPERT DANIŞDI

19 Oktyabr 2026 17:09see203

Azərbaycanda baş həkim vəfat edib

19 Oktyabr 2026 23:27see200

MTK nın fəaliyyəti nə vaxt başa çatmalıdır? EKSPERT AÇIQLADI

19 Oktyabr 2026 17:48see193

Yaşayış binasına daha iki mərtəbə əlavə olunur Sakinlər narahatdırlar (Video)

20 Oktyabr 2026 00:31see187

Rusiya və İran Rəşt Astara dəmir yolu layihəsini müzakirə ediblər

19 Oktyabr 2026 19:01see186

Məkkə məscidində cinsi əlaqədə oldular edam edildilər

19 Oktyabr 2026 19:59see164

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see163

Şahların yeməyi DOMBALAN Ən bahalı göbələkdən RESEPT

19 Oktyabr 2026 23:00see163
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri