Icma.az
close
up
RU
85 ci ilini haqlamış ömür zənginləşməkdə davam edir

85 ci ilini haqlamış ömür zənginləşməkdə davam edir

Icma.az xəbər verir, Xalq qazeti saytına əsaslanaraq.

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti 

Hər keçən gün ömürdən gedir. Ancaq hər gün ömrə anlam qatırmı? Sual ritorik, cavab aydındır. Kimsə gün sayır, kimsə illərə gün-gün anlam qatır... Əgər biz daha çox günümüzü ömrə yaza, qazandıra biliriksə, gün günə, ömür ömrə sığmaz olur, anlam anlam üstə gəlir və mahiyyət süxurları yaranır. Necə deyərlər, zaman bəzi insanları sadəcə yaşatmış olmur, onların sözünü və özünü anlam-anlam zənginləşdirməyə xidmət edir. Belə olunca, deyərlər: onlar ömür sürmür, ömür yaradır!

Əsmətxanım Bəyəhməd qızı (Məmmədova) məhz belə ömür-gün yiyələrindəndir. Mən Əsmətxanım müəllimə ilə 2021-ci ildə tanış olmuşam. – Milli Məclisdə – rəhmətlik Qənirə xanımın kabinetində. Mənim yaddaşımda Əsmət adı İsmət kimi qalıb, mən bu iki adı (kimyaçı sözü ilə desək) ekvivalent saymışam və zatən biri digərinin dəyişikliyə uğramış variantı olmalıdır. Paklıq, təmizlik, abır-həya, anlamlı bu ad hələ uşaqkən yaddaşıma təəssüb, himayə, qoruma, qayğıkeşlik, fədakarlıq – bir sözlə, doğma ad, obraz olaraq həkk olunub. Əsmətxanım müəlliməni 90-cı illər Milli Məclisindən – ekran-efirdən qiyabi tanıyırdım; bayaq dediyim doğmalıq və adın ikinci bölümündəki xanımlığın birinciliyi də üstə gələrək, o ad bir ismətli Azərbaycan qadınının obrazı kimi təcəssüm edirdi. Dövlət müstəqilliyini bərpa etdikdən cəmi 4–5 il sonranın qaynar siyasi mühitindən başlayaraq, Millət vəkili Əsmətxanım müəlliməyə diqqət kəsilənlərdən idim. Dediyim kimi, üzbəüz tanışlığımız, salam verib-salam almağımız isə onun sonuncu dəfə parlament üzvü olmasından 16 il sonraya təvafüq etdi. Mənə kitablarını imzaladı, bir xeyli fikir alış-verişi imkanımız oldu və beləliklə, Azərbaycanın bu, ağbirçək xanım aydını ilə sayğılı bağımız yarandı.

Budur, indi onun əlamətdar yubileyi ilə bağlı hazırlanan kitab üçün ürək sözü yazıram. Nə xoş! Mən Əsmətxanım müəllimənin tələbəsi olmasam da, onun müəllim qüdsiyyətindən bizlərə – oxucularına, onu yaxından tanıyanlara da pay düşdüyünə inanıram. 

85 illik ömür! – Bəli, bu, Əsmətxanım müəllimənin timsalında təqvim ölçüsü olmaqdan çıxıb, xalqın elmi yaddaşına yazılmış canlı bir mətn, bir mədəniyyətin “danışan məna süxurlar”ı, anlam qatlarıdır, bir aydının ömrə çevirdiyi mənəvi xəritədir.

1941-ci ilin çətin çağlarında – II Dünya müharibəsinin bizim ölkəmizi, xalqımızı da sarmalayıb-sovurduğu o dəhşətli ildə dünyaya göz açan bir qızın taleyi, zamanla Azərbaycan elminin, ictimai-mədəni fikrinin içində özünə layiqli yer alacaqdı. Bax, bu, iradənin, yaddaşın və mənəvi borcun birləşdiyi nöqtə idi...

Ana babası – repressiya qurbanı olmuş aydınımız Əbdülqasım Şəkərzadənin nisgilli xatirəsi, onun ömründə sadəcə ailə yaddaşı kimi qalmadı – anıları yol oldu, yön oldu, seçim oldu... O seçim isə Gündoğara – dilə, sözə, mədəniyyətə aparırdı... Söhbət, peşə seçimindən getmirdi – söhbət, bir mənəvi missiyanın başlanğıcından gedirdi.

Bəli, elm həm biliklər toplusu, həm də məsuliyyətdir. Əsmətxanım müəllimə də yalnız elm öyrənmədi, elmi yaşamağı öyrəndi. Öyrəndiyi və öyrətdiyi dilin fonetikası, vurğu sistemi, qrafikası… – bu sahələr dışarıdan texniki xarakterliymiş kimi görünə bilər; əslində, bunlar bir dilin nəfəsi, sözün ritmi, bir mədəniyyətin səsiydi. Onun araşdırmaları dilin içində gizlənən başqa bir dili – mənanın dilini açmağa yönəlmişdi. Onun apardığı eksperimental araşdırmalar elmi sonuclar verməklə birgə, dözümün, təmkinin, zəhmətin və intellektual dürüstlüyün mani­festiydi...

Elm onun üçün vəzifədən, tituldan, şan-şöhrətdən irəli – mənəvi məsuliyyət kimi xarak­terizə oluna bilər; müəllimlik isə Əsmətxanım müəllimənin örnəyində zamanla danışmaq sənəti kimi çıxış edir.

60 ildən artıq pedaqoji fəaliyyət… Bu, zamanla dialoq qurmaqdır – uzunmüddətli, səmərəli, vicdanlı, peşəkar! Onun auditoriyasındakılar yalnız tələbələr kimi qəbul edilmə­məlidir – orada gələcək alimlər, gələcək müəllimlər, gələcək düşünürlər yetişirdi. Əsil müəllim nə öyrədir? – Faktı, qaydanı yaxud qanunu? – Əsil müəllim düşünməyi öyrədir, sorğulayaraq düşünməyi! Düşüncədən sonra bir neçə kateqoriya gəlir, öncə isə yalnız bir katqeroya vardır: adına duyğu deyirlər! Duyğu–düşüncə–fikir–nitq–hərəkət–xarakter və tale!.. – Ardıcıllıq belə gəlir, elə deyilmi?

Əsmətxanım müəllimə öz yetirmələrini bilikli olmaqla yanaşı mənalı düşünən insanlar olaraq görmək istəyir, bununçün çalışır. Bax, bu, müəllimliyin ən yüksək zirvəsi sayıla bilər. Onun uzunmüddətli, səmərəli fəaliyyət sahələrindən bir başqası isə tərcümədir. Tərcümə – iki dünyanın arasında altun körpü! Müəllimənin tərcümələri sözlər qarışıq ruhları da daşıyır və “danışdırır”... Məncə, xoca xanıməfəndi tərcümə sənətinə bir mədəniyyəti digərinə tanıtmaqdan daha artıq bir hadisə – sivilizasiyalar arasında dialoq kimi baxır. Tərcümə onun qələmində texniki iş dərəcəsi, səciyyəsi daşımır; o, tərcüməni mədəniyyətlərarası nəfəs alış-verişi səviyyəsində, səciyyəsində görür.

Əsmətxanım müəllimə Milli Məclisin I və II çağırışlarının üzvü olub, tanınmış ictimai xadimdir və müxtəlif beynəlxalq tribunlarda Azərbaycanın səsini çatdırmağa çalışıb. Çin, Fransa, İngiltərə, İran, qardaş Türkiyə…  Bu coğrafiyalar onun üçün səfər nöqtələri yox, müstəqil Azərbaycanın sözünün çatdırıldığı ünvanlar olub. Aydın olan kəs yalnız bilməklə yetinə bilərmi? O danışmalı, daşımalı, müdafiə etməyi bacarmalıdır...

Bəli, görkəmli alim olmaq mümkündür; tanınmış ictimai xadim olmaq da mümkündür; amma həm də böyük ana olmaq – bu, artıq başqa bir səviyyə, səciyyə və zirvədir. Onun dörd övladı, on bir nəvəsi var.  Demək, davam edən yaşamdan, yaşayan dəyərlərdən danışırıq. Müəllimənin oğlu Fəridin Qarabağ döyüşlərində iştirakı isə bu ailənin qələmlə yanaşı silahla da yazılmış Vətən sevgisinin ifadəsidir.

Beləliklə, biz, zamanın çətin sınaqları qarşısında dik duran ömür haqqında danışmış oluruq. Bəli, bir daha görürürk, bəhanə istəyən bəhanə, uğur istəyən uğur tapar.

85 yaşın gözəlliyi yəqin ondadır ki, insan artıq geriyə baxa bilir; amma hər kəs baxa bilirmi? Yalnız dolu-dolu yaşayanlar, mənalı yaşayanlar baxa bilir yəqin. Əsmətxanım müəllimə də o baxışa malikdir. Çünki onun arxasında yüzlərlə tələbə, onlarla kitab, yüzlərlə məqalə və ən əsası – anlamlı bir ömür vardır.

Əsmətxanım müəllimə kimi insanlar haqqında “85 yaşı tamam oldu” demək, bəlkə, düzgün sayılmaz; onlar üçün “hələ yalnız 85-ci ilinə çatmış ömür zənginləşməkdə davam edir” demək daha doğru olmazmı? Belə ömürlər yetirmələrində, kitablarında, fikirlərində və yaddaşlarda yaşar...

Əlamətdar yubileyiniz  mübarək olsun, xanıməfəndi!

Salam-sayğılarla,

Əkbər QOŞALI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 26 May 2026 14:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see545

Hakan Fidanın GYF də görüşünün PƏRDƏARXASI KONKRET

17 Oktyabr 2026 15:26see406

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see298

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see293

Göyçay avtovağzalında OLAY: 47 yaşlı kişi yandı

17 Oktyabr 2026 19:43see287

Azərbaycan ilə Türkiyə arasında sarsılmaz dostluq və möhkəm qardaşlıq münasibətləri mövcuddur FERHATGÖÇER

17 Oktyabr 2026 23:06see279

İbrahim Tatlısesin model gəlininin evini su basdı

17 Oktyabr 2026 14:27see269

Liqa 1: PSJ dən geridönüş

18 Oktyabr 2026 01:01see268

Azərbaycanda 7 nəfər bu hərəkətinə görə HƏBS OLUNDU

17 Oktyabr 2026 17:40see256

“Barselona” 58 illik “Real Madrid” rekordunu təkrarladı

18 Oktyabr 2026 00:33see247

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see235

Politoloq: Van Yi bu açıqlamasıyla İsrailin hazırki rəhbərliyinin doğru siyasət aparmadığına işarə edib

17 Oktyabr 2026 20:18see228

Star Trek serialının ulduzu Maykl Forest vəfat etdi

17 Oktyabr 2026 20:28see221

Dünya iqtisadiyyatı təhlükə altındadır Beynəlxalq Valyuta Fondundan XƏBƏRDARLIQ

17 Oktyabr 2026 17:35see201

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see192

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see185

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see184

Məktəbli geyimi, hicab və iqtisadiyyatın yeni rəqəmləri Həftənin əsas xəbərləri

17 Oktyabr 2026 13:33see183

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see174

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri