Icma.az
close
up
RU
85 il əvvəl Fransa Bakını nə üçün bombalamaq istəyib? Müdhiş planın gizli tarixi VİDEO

85 il əvvəl Fransa Bakını nə üçün bombalamaq istəyib? Müdhiş planın gizli tarixi VİDEO

Icma.az, Azpost portalına istinadən məlumat yayır.

İkinci dünya müharibəsi başlandıqdan 1 il sonra Fransa Azərbaycanın paytaxtı Bakını bombalamaq üçün xüsusi plan hazırlayıb.

Bəs Parisi bu cinayəti planlaşdırmağa nə vadar edib?

AzPost bildirir ki, 1 sentyabr 1939-cu il. Almaniya Polşaya hücum etdi. Sentyabrın 3-də İngiltərə və Fransa Almaniyaya müharibə elan etdi. Bununla da 1940-cı il mayın 10-dək davam edən və tarixə “qəribə müharibə” adı ilə düşən dava başladı. Çünki rəsmən müharibə elan olunsa da tərəflər bir-birilərinə qarşı heç bir döyüş əməliyyatı aparımırdılar.

23 avqust 1939-cu ildə Almaniya ilə Sovet İttifaqı arasında Hücum etməmək Paktı imzalandı. SSRİ qısa müddətə də olsa, müharibəni öz sərhədlərindən uzaqlaşdıra bildi. SSRİ ilə Almaniya arasındakı müqavilələr faşist təcavüzünü Şərqə yönəltməyə ümid edən Paris və Londonu ciddi şəkildə təşvişə saldı.

Onların qorxuları boşuna deyildi. Almaniya 1940-cı il fevralın 5-də sovet rəhbəri Stalinə məktubla müraciət edərək, Sovet İttifaqının xeyrinə böyük güzəştlərə getdiklərini xatırlatdı və tez bir zamanda böyük miqdarda neft tədarükündə təkid etdi.

Nəticədə 1940-cı il fevralın 11-də SSRİ və Almaniya arasında iqtisadi müqavilə imzalandı. Bu, faktiki olaraq İngiltərə və Fransa tərəfindən Almaniyanın blokadasının bir hissəsini aradan qaldırdı. Bu vəziyyət müttəfiqlərə qətiyyən sərf etmirdi.

Onlar SSRİ-yə qarşı müharibəyə başlamağı istisna etmirdilər. O zamanlardan çox maraqlı bir sənəd qalıb. Bu, Fransa Xarici İşlər Nazirliyinin ABŞ-ın Fransadakı səfirinə 11 yanvar 1940-cı il tarixli məktubudur. Məktubda deyilir ki, Fransa SSRİ-yə müharibə elan etməyəcək, sadəcə onu məhv edəcək.

Digər Qərb strateqləri də eyni fikrə gəldilər ki, Qafqazın neft bölgələrini heç bir xəbərdarlıq edilmədən bombardman etmək lazımdır.

1940-cı il martın 23-də bu hazırlıq başlandı. Londondan xüsusi Lockheed 12A təyyarəsi Malta və Qahirə vasitəsilə Bağdada gəlir. SSRİ sərhədlərinə doğru gələn təyyarə yeddi min metr hündürlükdə kəşfiyyat apararaq bir saat Bakı üzərində uçur.

1940-cı il aprelin 3-5-də İngiltərə və Fransa hərbi komandanlığının nümayəndələri SSRİ-nin işğalına hazırlığı gücləndirmək və təkcə Bakı və Batumini deyil, Bakı neft terminallarının yerləşdiyi Potini də bombalamaq barədə razılığa gəldilər.

Böyük Britaniya Hərbi Hava Qüvvələrinin Yaxın Şərqdəki komandanı, general Maksim Veyqanda əməliyyata hazırlaşmaq əmri verilir. Əməliyyata Sovet neft yataqlarına 70 tona qədər bomba atacaq  100-ə qədər təyyarənin cəlb olunacağı planlaşdırılırdı.

Bu, başlanğıc idi; Fransızlar Bakıya hucum üçün Suriyada 150 minlik ordu hazırlayırdılar. Türkiyə və İranı da bu avanturaya cəlb etmək planı var idi. Blitskriq 15 gün ərzində keçirilməli idi. Mayın 15-ə kimi bütün qüvvələrin hazırlanması, iyunun sonunda isə əməliyyata başlanması planlaşdırılırdı. Tam qələbəyə şübhə yox idi.

Amma bütün planlar suya düşür.

Mayın 10-da Hitler “qəribə müharibəni” bitirmək və əsl müharibəyə başlamaq qərarına gəlir. Bir neçə gün ərzində almanlar fransızları məğlub etdilər. SSRİ-yə qarşı Napoleon” planları dərhal əhəmiyyətini itirdi. Ekspedisiya qüvvələrinin Dunkerkdən təxliyəsi gündəmə gəldi.

Bundan sonra baş verənlər daha da pis oldu. 1940-cı ilin iyununda Norveçin tərəfində vuruşan Britaniya aviasiyası Almaniya tərəfindən məhv edildi. Bakıya yönələn təyyarələr təcili olaraq geri çağırılmalı oldu.

Sovet hökuməti Bakıya hucumla bağlı məkrli planlardan xəbərdar idi və cavab tədbirləri hazırlayırdı. Qoşunlar tam döyüşə hazır vəziyyətə gətirilmişdi. Yüksək hündürlükdə Müttəfiqlərin təyyarələrindən üstün olan MiQ-3 qırıcıları yerləşdirilmişdi.

1940-cı il iyunun 1-nə kimi Qafqaz dairəsinin Hərbi Hava Qüvvələri dörd dəfə artaraq 1023 təyyarəə çatdırımışdı.

Buna baxmayaraq, neft yataqlarımız üçün təhlükə ciddi idi. Bakıda neft torpaq səthindən çıxarılırdı. Ona görə bombalardan cüzi ziyan belə fəlakətlə nəticələnə bilərdi.

Xoşbəxtlikdən bu baş vermədi.

Bakı nefti həmişə işğalçıları maqnit kimi özünə cəlb edib.

Böyük Vətən Müharibəsində SSRİ-nin qələbəsini təmin edən əsas faktorlardan biri də Bakı nefti oldu.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://azpost.info
archiveBu xəbər 06 Yanvar 2025 17:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see761

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see586

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see328

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see298

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see297

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see279

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see276

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see276

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see259

Bir qədəh şərab qan təzyiqinə necə təsir edir? Mütəxəssislər açıqlayıb

27 Noyabr 2026 22:17see244

Avropanın borc içində boğulan ölkələri Ən çətin vəziyyətdə olan hansıdır? Siyahı

28 Noyabr 2026 10:02see242

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see234

Dünya fond bazarlarında nə baş verir?

28 Noyabr 2026 13:46see222

50 illik həyat yoldaşını itirən müğənni: Onunla halallaşa bilmədik

28 Noyabr 2026 17:15see219

Rəşid Mahmudov 88 yaşında əsl ziyalımız, əsl vətəndaşımız, əsl insanımız

28 Noyabr 2026 22:45see209

Avropa İttifaqı ilə Yüksək Səviyyəli Nəqliyyat Dialoqu iclası

28 Noyabr 2026 13:40see205

Xərçəngin müalicəsi üçün yeni preparat hazırlandı

28 Noyabr 2026 09:05see204

Səhər tezdən işə və dərsə getmək sağlamlığa zərərlidir

29 Noyabr 2026 05:06see198

Anar Bayramov Lənkəran Rayon Mərkəzi Xəstəxanasının fəaliyyəti ilə tanış olub

28 Noyabr 2026 11:01see194

Dünyada cəmi bir ədəd qalan ağacı qorumaq üçün kəndirlə bağladılar

28 Noyabr 2026 00:39see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri