86 minə yaxın mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
2025-ci ilin yanvar-mart ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 85 708 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Yeniavaz.com Dövlət Xidmətinin məlumatına istinadən xəbər verir ki, qeydiyyata alınan mülkiyyət hüququnun 13 424-ü (15,7 faizi) ilkin, 72 284-ü isə (84,3 faizi) isə təkrar qeydiyyatın payına düşür.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində – 14 224, mənzil – 19 200, torpaq sahəsi – 49 386, qeyri-yaşayış binası – 709, qeyri-yaşayış sahəsi – 1 991, əmlak kompleksi – 147, çoxmərtəbəli yaşayış binası - 48 və çoxillik əkmələr üzərində - 3 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 20 746-sı Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Bununla yanaşı, rüb ərzində 60 412 texniki pasport tərtib edilib, 14 444 ipoteka müqaviləsi qeydiyyata alınıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:136
Bu xəbər 29 Aprel 2025 18:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















