Icma.az
close
up
RU
861 illik NotrDam kilsəsi illər sonra ilk dəfə açılır: 8,5 saatlıq yanğının izləri silinib

861 illik NotrDam kilsəsi illər sonra ilk dəfə açılır: 8,5 saatlıq yanğının izləri silinib

Icma.az, Sfera.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Fransadakı Notr Dam kilsəsi dünyanın ən mühüm irs yerlərindən biri hesab olunur. Viktor Hüqonun “monumental ölçü və incəliyin ustalıqla birləşməsi” kimi təsvir etdiyi məşhur kilsə 2019-cu ildə alovlara təslim olumuşdu.
 

Sfera.az bildirir ki, tikintisi 1163-cü ildə başlayan Notr Dam kilsəsi dünyanın ən məşhur binalarından biridir. Məşhur Notr Dam kilsəsi indi qapılarını yenidən açmağa hazırlaşır. Təxminən 8,5 saat davam edən yanğının izləri 1 milyard dollarlıq bərpa büdcəsi ilə silinib.


Fransa prezidenti Makronun kilsəyə səfəri zamanı kilsə 5 ildən sonra ilk dəfə görüntülənib.

Qeyd edək ki, Fransanın paytaxtı Parisin mühüm simvollarından biri olan kilsə 2019-cu ildə baş verən yanğında ciddi ziyan görüb. Yanğın təxminən 8,5 saat davam edib.
 

Alovun sürətlə yayılması nəticəsində qüllələrdən biri və dam örtüyü tamamilə dağılıb.
Saatlarla davam edən yanğınsöndürmə işlərindən sonra şimal zəng qülləsi və əsas bina xilas edilib. 500 yanğınsöndürənin müdaxilə etdiyi yanğın 8,5 saatdan sonra nəzarətə götürülüb.

Notr Dama dəymiş ziyanın miqyası havadan baxanda məlum olub.
 

Fransa prezidenti Emmanuel Makron kilsəni 5 il ərzində bərpa edəcəyinə söz vermişdi.
 

Dünyanın hər yerindən toplanan yardımla bərpa büdcəsi 1 milyard dollara çatıb.

Notr Dam kilsəsi 5 ildən sonra dekabrın 7-də qapılarını açmağa hazırlaşır.
 

Dekabrın 7-də 2 min qonağın qatıldığı böyük bir təşkilatla açılacaq Notr Damın açılış mərasiminə dünya liderləri də dəvət olunub.
 

Açılış mərasiminə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, ABŞ prezidenti Co Bayden, Donald Tramp, İngiltərə kralı III Çarlz, İspaniya kralı VI Filipp, Mərakeş kralı VI Məhəmməd, Braziliya prezidenti Lula da Silva və Ukrayna prezidenti Vladimir Zelenski dəvət olunub.
 

Rusiya lideri Vladimir Putin və İsrailin baş naziri Benyamin Netanyahu dəvət edilməyib.


Makronun səfəri zamanı Notr Dam kilsəsinin içərisinə ilk dəfə baxılıb.
 

Makron bərpa işlərində iştirak edən 1300 nəfərə təşəkkür edərək:
 

“Küldən sənət yaratdınız” - deyib.
 

Xristianlığın ən mühüm simvollarından biri olan kilsənin açılışına Papanın qatılmayacağı açıqlanıb.
 

Vatikandan verilən açıqlamada 88 yaşlı Papanın dekabrın 7-də keçiriləcək açılış mərasiminə qatılmayacağı, amma ə dekabrın 15-də Fransanın başqa bölgəsində keçiriləcək konfransda iştirak edəcəyi bildirilib.


Papanın açılışa qatılmamaq qərarı mübahisələrə səbəb olub. Notr Dam rəsmiləri:
 

“Açılış gününün ulduzu kilsədir, Papanın gəlişi deyil” -d esələr də, Vatikana yaxın insanlar:
 

“Papa daha məşhur və ehtiyac duyulan yerlərə getmək istəyir” - deyiblər.

Xanım

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://sfera.az
archiveBu xəbər 02 Dekabr 2024 23:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see236

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see219

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see150

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see143

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see140

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see137

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri