87 milyon manatlıq xəzinə qalığı hərraca çıxarıldı
Icma.az bildirir, Yenisabah portalına istinadən.
Maliyyə Nazirliyi dövlət büdcəsi vəsaitlərinin daha səmərəli idarə olunması və xəzinə hesabının qalığından əlavə gəlir qazanılması məqsədilə sentyabr ayında 5 depozit hərracı keçirib.
“Yeni Sabah” xəbər verir ki, hərraclar çərçivəsində xəzinə hesabının 87 milyon manatlıq qalığı kommersiya banklarında müddətli depozit kimi yerləşdirilib. Vəsaitlər 28 və 84 gün müddətlərinə, illik orta çəkili 6.5% faiz dərəcəsi ilə banklara təqdim olunub.
Qeyd olunub ki, bu mexanizm “Vahid xəzinə hesabının qalığının idarəetməyə verilməsi Qaydaları” əsasında həyata keçirilir. Maliyyə Nazirliyi yeni idarəetmə alətləri sayəsində dövlət büdcəsinə əlavə daxilolmalar təmin etməklə yanaşı, vəsaitlərin yerləşdirilməsi vasitəsilə bank sektorunda likvidliyin artırılmasına da dəstək verir. pizza mizza
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:83
Bu xəbər 01 Oktyabr 2026 01:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















