9 əməkdaş intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib Dövlət Xidməti
Yeniavaz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bu ilin noyabr ayında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Nəsimi Rayon İdarəsində və Goranboy Rayon Şöbəsində aparılmış xidməti yoxlamalar nəticəsində fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətiməlumat yayıb.
Məlumata görə, fəaliyyətlərində nöqsan və çatışmazlıqlar aşkar olunan 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, o cümlədən xidməti fəaliyyətlərini şəxsi maraqları üzərində qurub vətəndaşlara qarşı qanunsuz tələblər irəli sürməklə qanunla qorunan hüquqlarını pozan 3 əməkdaş xidmətdən xaric olunaraq əməllərinə hüquqi qiymət verilməsi üçün barələrində toplanılmış material Baş Prokurorluğa göndərilib.
Xidmətin strukturunda korrupsiya hüquq pozuntusu və digər qanunsuz tələblə üzləşən vətəndaşların 9100 Çağrı Mərkəzinə və ya [email protected] elektron ünvanına müraciət etməsi xahiş olunur. Xidməti fəaliyyətdə şəffaflığın və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə bu kimi tədbirlər davamlı olaraq həyata keçiriləcək.

Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib
16 Noyabr 2024 11:39
Dövlət Xidməti : 9 əməkdaş ciddi intizam məsuliyyətinə cəlb edilib, 3 əməkdaş xidmətdən xaric edilib AZƏRTAC
16 Noyabr 2024 11:23
9 əməkdaş məsuliyyətə cəlb edilib, 3ü xidmətdən xaric edilib Dövlət Xidməti
16 Noyabr 2024 12:44
Dövlət Xidmətində nöqsanlara görə 3 əməkdaş xidmətdən xaric edilib
16 Noyabr 2024 11:23
Dövlət Xidmətinin 9 əməkdaş məsuliyyətə cəlb edilib
16 Noyabr 2024 11:22

