9 futbolçu 11 futbolçunu məğlub etdi
Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İtaliya çempionatının 15-ci turunda ''Latsio'' ''Parma''nın qonağı oldu. Qonaqlar ''Ennio Tardini'' stadionunda Ticani Noslinin 82-ci dəqiqədə vurduğu qol sayəsində minimal hesablı qələbə qazanıblar. İlk baxışdan burda qeyri-adi bir şey yoxdu. Amma romalıların qələbəsini tarixi saymaq olar. Məsələ burasındadı ki, Mauritsio Sarrinin komandası qələbə qolunu vurarkən meydanda 9 futbolçu ilə qalmışdı! 42-ci dəqiqədə Mattia Zakkanyi, 78-ci dəqiqədə isə Toma Başiç birbaşa qırmızı vərəqə alaraq paytaxt təmsilçisini çətin durumda qoymuşdu. Qol vurulan anda ''Parma'' isə 11 futbolçu ilə oynayırdı. A seriyasında sonuncu dəfə 9 futbolçu ilə oynayan komandanın 11 futbolçuya qarşı qol vuraraq qalib gəlməsi faktı 2017-nin fevralında qeydə alınmışdı. Həmin vaxt ''Milan'' ''Bolonya'' ilə səfər oyununda (1:0) 37-ci dəqiqədə Qabriel Palettanın və 59-cu dəqiqədə Yuray Kuçkanın qırmızı vərəqə almasına baxmayaraq 89-cu dəqiqədə Mario Paşaliç sayəsində qələbə qolunu vurmuşdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 14 Dekabr 2025 22:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















