9 il əvvəl baş verən qətlin üstü açıldı
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Cəlilabad rayonunda 2016-cı il tarixdə itkin düşən 1982-ci il təvəllüdlü Xəlilova Xəyalə Ramiz qızı qətlə yetirilib.
"Yeni Sabah" DİN-ə istinadla xəbər verir ki, polis və Penitensiar Xidmət əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində cinayət əməlinin əvvəllər məhkum olunmuş 1997-ci il təvəllüdlü Elnur Eynullayevin törətməsi müəyyən olunub.
O, hadisəni Göytəpə qəsəbəsində istifadəsiz tikilidə törədib və meyiti həmin ərazidə basdırıb. Meyitin qalıqları aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Araşdırmalar davam etdirilir.
Baxış sayı:31
Bu xəbər 13 Noyabr 2025 13:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















