Icma.az
close
up
RU
9 May paradı Ukraynanın müharibədə üstünlüyü ələ keçirməyə başladığını göstərdi

9 May paradı Ukraynanın müharibədə üstünlüyü ələ keçirməyə başladığını göstərdi

Bizimyol saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Mayın 9-da keçirilən Qələbə paradı hər il Rusiyanın hərbi gücünün nümayişi hesab olunur. Lakin bu il Vladimir Putin Moskvada əvvəlki illərlə müqayisədə xeyli təmkinli parad təşkil edib — nümayiş etdirilən raket və digər hərbi texnikanın sayı əhəmiyyətli dərəcədə az olub.

Bizimyol.info xəbər verir ki, "The Wall Street Journal" yazdığına görə, əgər Putin həqiqətən də Ukraynanın uzaqmənzilli dron hücumlarından ehtiyat edirdisə, bu, müharibənin beşinci ilində vəziyyətin Rusiyanın xeyrinə dəyişmədiyinin daha bir göstəricisidir.

Bundan əvvəl Müharibənin Tədqiqi İnstitutu (MTİ) məlumat vermişdi ki, 2026-cı ilin yazında Rusiya ordusunun döyüş meydanındakı nəticələri 2025-ci illə müqayisədə daha zəifdir. Mərkəz vurğulayıb ki, Ukrayna aprel ayında itirdiyindən daha çox ərazini Rusiya işğalçılarından geri ala bilib.

Eyni zamanda Ukrayna dron və raketlər vasitəsilə Rusiyanın dərinliklərində yerləşən mühüm hədəflərə — neft hasilatı obyektlərinə, silah anbarlarına və digər hərbi infrastruktura daha tez-tez zərbələr endirə bilir.

“Bu, cənab Putinin Qırmızı Meydanda Rusiya hərbi qüvvələrini nümayiş etdirmək istəməməsini izah edir”, — deyə "WSJ" qeyd edir.

Nəşr yazır ki, Putin müharibənin “sona yaxınlaşdığını” bəyan etsə də, buna yalnız o zaman inanmaq mümkün olacaq ki, Rusiya Ukrayna şəhərlərinin bombardmanını dayandırsın və güc yolu ilə ələ keçirə bilmədiyi daha çox ərazinin Ukrayna tərəfindən güzəştə gedilməsini tələb etməsin.

“Yalnız böyük itkilər və mümkün məğlubiyyət perspektivi Putini Ukrayna və Qərbi Avropa ilə bağlı imperiya ambisiyalarından imtina etməyə məcbur edə bilər. Bu, müharibəni Ukrayna üçün layiqli şərtlərlə başa çatdırmağın ən yaxşı yoludur”, - deyə məqalədə vurğulanır.

Bundan əvvəl Putin Moskvadakı paradda hərbi texnikanın az olmasını izah etməyə çalışıb. Onun sözlərinə görə, texnikanın cəlb edilməməsi yalnız təhlükəsizlik səbəbləri ilə deyil, həm də “diqqəti Ukrayna qüvvələrinin məğlub edilməsinə yönəltmək” məqsədi ilə bağlı olub.

Bu arada "The New York Times" yazır ki, Kremlin Ukrayna ilə müharibədə “qaçılmaz qələbə” bəyanatlarına baxmayaraq, Rusiya ordusu faktiki olaraq cəbhədə çıxılmaz vəziyyətə düşüb. Nəşrin qeydinə görə, Rusiya qüvvələri müasir müharibənin əsas problemlərindən birini — döyüş meydanında dronların total üstünlüyü şəraitində genişmiqyaslı yarma əməliyyatlarını necə həyata keçirməyi — hələ də həll edə bilməyib.

Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:200
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 11 May 2026 09:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Milan“ səfərdə “Olimpiakos“a qalib gəlib

27 Noyabr 2026 00:14see285

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see257

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see250

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see249

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see245

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see240

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see231

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see228

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see222

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see216

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see212

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see212

Sənədsiz torpaq sahiblərinə ŞAD xəbər: Bu tarixdən çıxarış ala biləcəklər

27 Noyabr 2026 09:40see208

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see208

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see205

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see196

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see194

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see194

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see194

Ceyhun Bayramov qətərli nazirlə görüşdü

27 Noyabr 2026 19:10see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri