Icma.az
close
up
RU
9 May və hay nankorluğu

9 May və hay nankorluğu

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Rəsmi İrəvanın balanslı siyasət görüntüsü və...

Qəribə durum yaranıb. Ermənistan hakimiyyəti, guya, balanslı siyasət yeritdiyini göstərmək istəyir. Amma kənardan bu mənzərə çox primitiv təsir bağışlayır. Yazımızda primitivliyin müxtəlif tərəflərinə diqqət yetirəcəyik.

Moskvada Qırmızı meydanda Böyük Vətən nüharibəsindəki qələbənin 80 illiyi təntənəli şəkildə qeyd edildi. Bu, sabiq SSRİ-nin varisi kimi Rusiyanın zəfərə sahiblənməsinin göstərici kimi yadda qaldı. Əlbəttə, faşizm üzərində qələbə sevinci Sovetlər Birliyinin digər xalqlarının da alman faşizminə qarşı mübarizə əzmi sayəsində yaşanmışdı. Bu məqamı Rusiyada da dərk edirlər. Ona görə paradda müttəfiq respublikaların ordusunun nümayəndələri də təntənəli keçid etdilər. Yəni, Rusiya qələbənin müştərəkliyi məntiqindən çıxış etdi.

Bəli, SSRİ İkinci dünya müharibəsində, prinsipcə, təkbaşına mübarizə aparmırdı. Ona xaricdən kömək edənlər var idi. Amma o köməyin necə göstərildiyi yaxşı məlumdur. Əgər Sovet İttifaqı özü dirəniş göstərməsəydi, çox güman, yardım olmayacaq və Qərbin Hitler Almaniyasının köməyi ilə “qırmızı təhlükəni” aradan qaldırması gerçəkləşəcəkdi. Qərb, o cümlədən, ABŞ SSRİ-nin möhkəm olduğunu gördüyündən, güclünün yanında dayandı. Bu dayanış faşizmin məhvini yalnız tezləşdirmək baxımından əhəmiyyətli oldu. Sözümüz ondadır ki, hansı səmtdən yanaşsaq, bugünkü Rusiyanın nasizmə qarşı mübarizə və qalibiyyətə sahiblənməsində və təntənəli parada evsahibliyində məntiq var. Hər halda, dünyanın Çin kimi super gücünün rəhbərinin törənə qatılması adi məsələ sayıla bilməzdi. Deməli, məntiq qəbul edilir.

Moskvadakı parada Çin liderinin salamlaşmadığı, yaxud tanımayıb salamlaşmadığı Ermənistanın baş naziri Nikol Paşinyan da qatılmışdı. O Paşinyan ki, uzun müddət Moskvaya gedib-getməyəcəyi ətrafında müzakirələr səngimək bilmirdi. Son anda baş nazirin parada qatılacağı bildirildi. Maraqlıdır ki, bununla əlaqədar açıqlama Prezident İlham Əliyevin Rusiyaya getməyəcəyi bildirildikdən sonra yayıldı. Rəsmi İrəvanın əvvəldə haqqında söz açdığımız “balans xətti” işə düşdü. Çox güman, dövlətimizin başçısı Moskvaya getsəydi, Paşinyan ora yollanmayacaq və Nikolun Qərbdəki havadarları bunu Ermənistanın Qərbə sadiqliyi kontekstində təbliğ edəcəkdilər. Heç şübhəsiz, onlar Azərbaycanı ruspərəst kimi də göstərməyi yaddan çıxarmayacaqdılar. Bəs indi?

Əlbəttə, ölkəmizin liderinin qələbə paradına qatılmamasının səbəbi aydındır. Rəsmi səviyyədə açıqlanmasa da, konkret motiv var. Azərbaycan ötən il dekabrın 25-də AZAL təyyarəsi ilə bağlı olaya Rusiyanın düzgün qiymət verməsini tələb edir və bunu açıq şəkildə bildirib. Bu, dövlətimizin prinsipial yanaşmasıdır. Rusiya tərəfi vaxtı uzadır, təyyarəmizin vurulmasına görə günahkarları cəzalandırmır. Bu da olsun Moskvanın prinsipiallığı. Hərçənd, yanaşmanı anlamaq çox çətindir.

***

Əlqərəz, Paşinyanın Moskvaya Azərbaycan Prezidenti getmədiyi üçün getməsindəki məntiqi anlamaq nə qədər çətindirsə, erməni baş nazirin 9 May təbrikində ifadə etdiyi fikirlərdəki subliminal mesajları dərk etmək bir o qədər asandır. O, Rusiyaya yollanır və faktiki olaraq ölkənin faşizm üzərindəki qələbədəki müstəsna payını tanıyır, digər tərəfdən isə yaydığı mətndə elə rəy formalaşdırır ki, sanki faşizmin devrilməsi SSRİ-nin xidməti deyildi.

Nikol təbrikində təxminən belə deyir: bir tərəf, yəni faşizm özünü digər xalqlardan üstün tutmaq istəyirdi və digər xalqlar birləşdilər ona düz yolda olmadığını başa saldılar. Başqa sözlə desək, Almaniya və müttəfiqləri var idi, bir də SSRİ-nin də tərkibində yer aldığı müttəfiqlər. Şübhəsiz, məsələnin bu qoyuluşu Sovetlər Birliyinin, müvafiq olaraq, Rusiyanın zəfərdəki payını kiçiltməyə hesablanıb. Üstəlik, Nikol təbrik mətnində “Böyük Vətən müharibəsindəki qələbə” deyil, “İkinci Dünya müharibəsindəki qələbə” fikrini qabardır və hayların prosesdə rolunun olmasına geniş toxunur...

Beləliklə, erməni baş nazir Moskvaya getməsinə görə Qərb dairələrində özünə qarşı yarana biləcək qəzəbi zəiflətmək yolunu tutur. Bəs qəzəblənən hansı dövlət ola bilər? Əlbəttə ki, Fransa. Yeri gəlmişkən, Parisdə də qələbə paradı keçirilmişdi. Tam mümkündür ki, Prezident Emmanuel Makron Nikolun Parisi deyil, Moskvanı seçməsindən əsəbləşsin. Əlbəttə, bildirdiklərimiz ehtimallardır. Ancaq...

Ermənistanın İctimai televiziyasında İkinci dünya müharibəsi ilə bağlı müzakirələr getdi və orada Fransanın qələbədəki payı şişirdildi. Nikol saxta tarix uydurdu. Real tarix isə budur ki, İkinci dünya müharibəsində faşizmə qarşı müttəfiqlik institutundan söz düşürsə, yada, ilk növbədə, SSRİ, ABŞ və Böyük Britaniya düşür. Fransaya bu masada yer olmayıb. Onun qələbədəki rolu, məsələn, Polşanın rolu qədərdir. Polşanı da Hitler Almaniyası işğal etmişdi, Fransanı da. Fransa 1940-cı ildə sarsıdıcı məğlubiyyətə uğramış və təhqiramiz şərtlərlə təslim olmaq məcburiyyətində qalmışdı. Hərçənd, bu məğlubiyyət Nikol Paşinyan Ermənistanının İkinci Qarabağ müharibəsindəki rüsvayçılığından acınacaqlı olmamışdı.

O zaman Fransanın hərbi-siyasi elitasının bir hissəsindən fərqli olaraq, Hitlerə tabe olmayan general Şarl de Qoll var idi. O, yoldaşları və həmfikirləri ilə birgə müqavimət hərəkatı təşkil etmiş və yalnız bunun sayəsində Fransa 1945-ci ildə Almaniyanın qeyd-şərtsiz təslim olması aktının imza masası arxasında özünə yer tapmağı bacarmışdı. Avropada bunu yaxşı bilirlər. Paşinyanın təbliğatçıları isə elə danışırlar ki, sanki Fransa müharibədəki zəfərdə çox böyük pay sahibidir. Hətta SSRİ-dən də çox-çox böyük pay sahibi.

***

Aydındır ki, hazırkı erməni iqtidarı daim keçmiş SSRİ-ni hədəfə alır. Həm bu kəsimin təmsilçilərininin, həm də hayların sabiq iqtidarının nümayəndələrinin bildirdiklərindən belə çıxır ki, Qarabağı Ermənistandan ayırıb Azərbaycana verən Sovetlər Birliyinin rəhbərliyi olub. Belə yanaşma nankorluqdur. Çünki, birincisi, 1918-ci ildə İrəvan Ermənistana güzəştə gedilmiş, sovet Rusiyası Azərbaycanın və Ermənistanın müstəqilliyinə son qoyduqdan sonra isə erməni millətçilərinin Zəngəzura və Qarabağa iddiaları baş qaldırmışdı.

Həmin Sovet Rusiyası Zəngəzurun Azərbaycan SSR-dən alınıb Ermənistan SSR-ə verilməsinə dair qərar çıxarmışdı. Qarabağa gəlincə, onun muxtar respublika statusunda “Azərbaycanın tərkibinə verilmə” fikri əlavə olunmuşdu ki, bu ərazinin, guya, mübahisəli olduğu təəssüratını yaratmışdı. İstər belə bir təəssüratın mövcudluğu, istərsə də muxtar respublika formatı, bir növ, avantürizm üçün tutacaq yer idi və 1988-ci ildə baş qaldıran erməni millətçiliyi bu tutacaqdan, kifayət qədər, “bəhrələndi”.

Bəli, Ermənistanın anti-SSRİ köklənişi fonunda anti-Rusiya ritorikasının özü də nankorluqdan başqa bir şey deyil. Çünki Cənubi Qafqazda erməni qövmünü yoxdan var edən məhz ruslar olublar. Üstəlik, Ermənistanın Qarabağı və digər torpaqlarımızı işğalı, eləcə də işğalın otuz ilədək davam etməsi məhz Rusiyanın köməyi ilə gerçəkləşmiş prosesdir. Hələ sovet hakimiyyəti illərində Azərbaycan torpaqları hesabına Ermənistana başqa torpaq hədiyyələri də olmuşdu. O hədiyyələr ki, Azərbaycanın Naxçıvanla quru yolunu bağlamışdı. Ermənistanın hazırkı hakimiyyətinin təmsilçilərinin Qarabağ itkisinə görə Rusiyanı günahlandırdığını da bilirik. Bu yanaşma da cəfəngdir və erməni nankorluğunun məhsuludur.

***

Belə qənaətə gəlirik ki, hay iqtidarının nankorluğu 9 May zəfəri fonunda da özünü göstərdi. Paşinyan və tərəfdarları Fransanın zəfərdəki böyük hesab edilməyəcək rolunu qabardıb saxta tarix uydurdular. Ola bilər, rəsmi Paris bu tarixi “yeyəcək”. Hər halda, onun üçün də müttəfiqi Ermənistanın rəhbərinin Moskvadakı parada yollanması yaxşı hal deyil.

Sonda deyək ki, Fransanın müasir erməni nankorluğunda payı var. Makronun Rusiyanın müttəfiqi Ermənistanın maraq və mənafelərini satmaqda günahlandırdığını bilirik. Onu da bilirik ki, Makron Fransası Paşinyan Ermənistanını əlinə düşən hər fürsətdə qoruyur. Qoruyur ki, Cənubi Qafqazdakı avantürizm aləti əldən çıxmasın. Avantürizmin isə Qarabağ motivi var. Axı Qarabağ erməni milli identikliyi baxımından başlıca məsələdir. Yəqin elə buna görə də Fransanın Ermənistandakı səfiri Olivye Dekotini bir müddət əvvəl bildirmişdi ki, Qarabağı Azərbaycana Paşinyan iqtidarı yox, 1991-ci ildə Alma-Atı Bəyannaməsinə imza atanlar vermişdilər.

Ə.RÜSTƏMOV
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 May 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tramp çox ehtiyatlı davranır

15 Avqust 2025 20:52see218

Himalay dağlarında 50 dən çox insan həlak olub

15 Avqust 2025 09:55see129

Sabiq deputatdan Tibb Universitetində təhsil haqqının 2 min qaldırılmasına sərt reaksiya: Bu, kasıb istedadlı gənclərə qənim kəsilməkdir

14 Avqust 2025 15:19see123

Naxçıvanda AĞIR QƏZA Ölənlər var

15 Avqust 2025 00:49see122

İstanbul, Ankara, İzmir... Türkiyənin üç böyük şəhəri içməli su təhlükəsiylə üz üzə

15 Avqust 2025 12:46see122

Banklar kartların keşbek faizlərini AZALDIR SƏBƏB

14 Avqust 2025 12:31see121

Sağlam qaraciyər və bağırsağın sirri açıldı...

14 Avqust 2025 19:45see121

Qarabağ ın oyunundakı maskotla bağlı RƏSMİ AÇIQLAMA

14 Avqust 2025 16:33see120

Tramp dünyada sülh üçün hərbi bazaya gedir

15 Avqust 2025 04:20see119

Mən niyə sülh istəyirəm?!

14 Avqust 2025 18:18see119

Formula 1 də məktəblər bağlanacaq? RƏSMİ

14 Avqust 2025 13:49see119

Naxçıvanda sənaye istehsalı 14 % artıb

14 Avqust 2025 09:33see119

Exeed yeni Exlantix E05 krossoverini debüt etməyə hazırlaşır

14 Avqust 2025 23:37see119

Qayalıq ərazilərdə hava çox tez tez dəyişir, EHTİYATLI OLUN!

15 Avqust 2025 17:59see117

Belə olsa, Tramp zəif lider kimi görünəcək Herbst

15 Avqust 2025 17:11see117

Tanınmış rusiyalı bloqerə 100 milyon cərimə və səkkiz illik həbs

14 Avqust 2025 16:22see117

Sabiq Qalatasaray lı yenidən Türkiyədə

14 Avqust 2025 20:14see117

Həyat yoldaşına görə sənəti tərk edən, harada yaşadığı bilinməyən Hicran Mehbalıyeva O, kimin tələbi ilə baş rola dəvət olundu?

14 Avqust 2025 20:26see116

Britaniya Ukraynaya hərbi qüvvələri yerləşdirmək planından imtina edir

14 Avqust 2025 08:03see116

La Liqadan A Seriyasına

15 Avqust 2025 15:34see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri