Icma.az
close
up
RU
9 noyabr Bayraq günü Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvolu

9 noyabr Bayraq günü Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvolu

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Noyabr ayı əlamətdar günlərlə zəngin bir aydır. Zəfər günü, Bayraq günü və digər xüsusi günlər məhz noyabr ayına təsadüf edir. Elə 9 noyabr Bayraq günü də bu xüsusi günlərdən biridir. 9 noyabr - Azərbaycan dövlətinin rəmzinə hörmət və ehtiramın simvoludur. Bildiyiniz kimi, Prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

Üçrəngli Azərbaycan bayrağı Sovet imperiyası dövründə istifadə olunmurdu. Onun yerinə Sovet imperiyasının bizim üçün yaratdığı bir parça dalğalandırılırdı. Ancaq müstəqillik qazandıqdan sonra bu müqəddəs dövlət atributumuz yenidən Azərbaycan səmalarında göründü. Əlbəttə, müstəqil Azərbaycan bayrağı ilə bağlı da ilk addımı məhz uzaqgörən siyasətçi Heydər Əliyev atmışdır. Ümummilli lider Heydər Əliyevin tarixi qərarı ilə üçrəngli bayrağımız əvvəlki ehtişamına qayıtdı. Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının Dövlət Bayrağı olaraq təsdiq edildi. Ulu öndərin bu addımı olduqca tarixi və böyük cəsarət tələb edən bir addım idi. Hələ Sovet imperiyası dağılmamışdı. Heydər Əliyev üçrəngli bayrağımızı Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında, Naxçıvan Muxtar Respublikasının dövlət atributları sırasına daxil etmişdi. Üçrəngli bayraq sessiyanın salonuna gətirildi, Ali Sovetin divarına vuruldu. O bayraq hələ də ən möhtəşəm şəkildə dalğalanır.

Prezident İlham Əliyev Azərbaycan bayrağını artıq bütöv və suveren Azərbaycanda dalğalandırır. Qalibiyyət rəmzi olan üçrəngli bayrağımızın işğaldan azad edilmiş torpaqlarımızda dalğalanması qürurumuzun, milli kimliyimizin, sabaha doğru inamlı addımlarımızın əsasıdır.

Vüqar İskəndərov

Müəllif: Milli Məclisin deputatı Vüqar İskəndərov

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 Noyabr 2025 13:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see195

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see154

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see151

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see150

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see132

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see129

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see128

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri