Icma.az
close
up
RU
9 ölkədə qadınlara qadağandır, Azərbaycanda yox! Riskləri üzə çıxdı

9 ölkədə qadınlara qadağandır, Azərbaycanda yox! Riskləri üzə çıxdı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Son illər dünyada, o cümlədən Azərbaycanda qadınlar arasında yumurtalıqlarını dondurma prosesi ilə maraqlananların sayı artır. Xüsusən karyeraya önəm verən və ya sağlamlıq səbəbindən gələcək analıq şansını qorumaq istəyənlər bu üsula müraciət edirlər. Bir çox hallarda qadınlar prosedurun mahiyyəti, qanuni statusu və sağlamlığa təsirləri barədə yetərincə məlumata sahib olmurlar.

Azərbaycanda yumurta dondurmaq qanunla icazəlidirmi? Bu prosesin qadın orqanizminə fəsadları varmı, yoxsa əksinə, gələcək üçün faydalı sayılır? 

Globalinfo.az-a danışan ginekoloq Rəşad Sultan deyib ki, yumurta hüceyrələrinin dondurulması süni mayalanma prosedurunun bir hissəsidir.

Onun sözlərinə görə, bu, hələ mayalanma etməyi düşünməyən, yoldaşı olmayan və ya uşaq sahibi olmağı hələ planlaşdırmayan şəxslərdə də tətbiq oluna bilər:

“Qadının yumurta hüceyrə rezervi müəyyən yaşdan sonra, xüsusən 35-40 yaşdan sonra sürətlə azalır. Əgər evlənmək və ya övlad sahibi olmağı bu yaşlardan sonraya təxirə salırsa, yumurta hüceyrələrini dondurmaq gələcəkdə reproduktiv imkanları qorumaq üçün seçim ola bilər. Elm bu imkanı təqdim edir. Azərbaycanda reproduktiv sağlamlıq haqqında ayrıca qanun yoxdur. Yəni qanunla qadağan olunmadığı üçün bu prosedura icazə verilir. Onsuz da süni mayalanma zamanı yumurtalıqdan yumurta hüceyrələri toplanılır. Yəni bu müdaxilə həmin prosesin bir hissəsidir. Sadəcə bu dəfə hüceyrələr dərhal mayalandırılmır, kənarda dondurularaq saxlanılır. Burada qanunla ziddiyyət təşkil edən və ya kriminal sayılan heç bir hal yoxdur. Buna görə da prosedur ölkəmizdə də həyata keçirilir. Məqsəd qadının irəli yaşlarda da övlad sahibi ola bilməsi üçün hüceyrələri qocalmadan, məhv olmadan dondurub saxlamaqdır”.

Rəşad Sultan

Ginekoloq yumurtalığın dondurulmasının fəsadları haqda bunları deyib:

“Təbii hamiləlikdən fərqli olaraq, burda dərman müalicəsi edilir və müdaxilə olunur. Bunun az da olsa, özünəməxsus riskləri var. Belə ki, yumurtalığa iynə batırılır və yumurta hüceyrələr sovrulur. Hər müdaxilədə olduğu kimi, bu zaman da damar zədələnməsi, qanaxma və infeksiya ehtimalı mümkündür. Bundan başqa, dərmanların təsirindən hiper stimulyasiya dediyimiz ağırlaşma da olur”.

Qeyd edək ki, Fransa, Avstriya, Macarıstan, Litva, Malta, Norveç, Serbiya, Sloveniya, Çində subay qadınların yumurta dondurması qadağandır. Bu ölkələrdə yalnız tibbi səbəblərlə (məsələn, xərçəng müalicəsi və ya erkən menopauza riski) yumurta dondurulmasına icazə verilir.

Zaira Akifqızı
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 24 Oktyabr 2025 07:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see271

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see251

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see242

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see241

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see226

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see218

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see198

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see197

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see191

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see181

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see178

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see172

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see161

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see161

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see159

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see147

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see146

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see145

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri