9 yaşlı qızına cinsi zorakılıq edən sevgilisini bıçaqladı
Bakupost portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakıda tükürpədən cinayət hadisələrindən daha biri üzrə məhkəmə araşdırması başa çatıb.
Bakupost.az -ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu cinayətin təqsirlisi 37 yaşlı kişi, zərərçəkmişi isə 9 yaşlı uşaqdır.
İttihama görə, 9 yaşlı Ayla (bütün ad-soyadlar şərtidir) anasının nikahdankənar münasibətdə olduğu kişi tərəfindən seksual xarakterli zorakılığa məruz qalıb.
Özü də bu hal bir dəfə baş verməyib. Təqsirləndirilən Ramin Əsədov Aylaya qarşı nalayiq hərəkətləri əsasən anası içkili vəziyyətdə yuxuda olarkən edib. Azyaşlı başına gələnləri anasına deməkdən qorxduğu üçün susmaq məcburiyyətində qalıb.
Növbəti dəfə Ramin eyni hərəkəti edərkən Aylanın anası bunu görüb. Həmin vaxt ana əsəblərini cilovlaya bilməyərək “niyə belə etdin, niyə etdin?” - deyərək Ramini bıçaqlayıb. Sonuncu qan içində özünü təcili yardıma çatdıra bilib. Məhkəmə hökmü ilə qadına həbslə bağlı olmayan cəza verilib.
Təqsirləndirilən Ramin isə ittiham edildiyi 150.3.3-cü (Seksual xarakterli zorakılıq hərəkətləri - on dörd yaşına çatmayan şəxs barəsində törədildikdə) maddəsi ilə razılaşmayıb. O, birlikdə yaşadığı qadının ondan 300 manat pul istədiyini, məbləği vermədiyi zaman isə ona şər atdığını deyib.
Bakı Ağır Cinayətlər Məhkəməsi zərərçəkmişi, qanuni nümayəndəni və şahidləri dinlədikdən sonra müttəhimi ittihamla təqsirli bilib. Hökmə əsasən, Ramin 16 il müddətinə azadlıqdan məhrum edilib. O, cinayətinin cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:133
Bu xəbər 14 Aprel 2025 14:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















