Icma.az
close
up
RU
Menu

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Azərbaycan futbolunun əfsanəsi

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

90 illik çempionluq həsrətinin sonu!

90 illik çempionluq həsrətinin sonu!

Footbal-plus portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Artıq bir neçə həftədi Brüssel sakinlərinin bəziləri yüksək əhval-ruhiyyədədilər.

"Football-plus.az" xəbər verir ki, “Yunion”un azarkeşləri bir aydan çox müddətdi böyük uğuru qeyd edir, gələcəyə daha coşğulu ümidlərlə baxırlar.
Zarafat deyil, paytaxtın Sen-Jilluaz rayonundan olan komanda 90 (!) illik çemponluq həsrətinə son qoyub! “Yunion” 2022/23 mövsümündə “Brügge”nin çempionluğuna mane ola bilməsə də, bu ilin mayında jüpile liqanı zirvədə başa vurmağı bacardı. Sözün düzü, “göy-sarı”ların çempionluğu qeyri-adi alındı.
Format “Yunion”un işinə yaradı
2024/25 mövsümünün əsas sualına mükafatlar uğrunda mübarizənin lap sonunda cavab tapıldı və bu mərhələdə fantastik hadisə baş verdi. Nəticədə Sebastyan Pokonyolinin çalışdırdığı komanda 12-ci çempionluğuna qovuşdu. Hərçənd “Yunion” 30 turluq müntəzəm çempionatın yekun cədvəlini lider “Genk”dən 13 (!) xal geri qalmaqla 3-cü yerdə başa vurmuşdu.
Bəs necə oldu ki, bir neçə həftə sonra bu qədər fərqi aradan qaldıraraq azarkeşlərinə inanılmaz sevinc bəxş etdi?
Ölkə çempionatının formatı mövsümün həlledici mərhələsində brüssellilərin işinə yaradı. Bu yerdə jüpile liqanın reqlamentinə nəzər salaq. 16 komanda çempionatın birinci mərhələsində ikidövrəli sistemlə mübarizə aparır. Yekun cədvəldə ilk 6 yeri tutanlar növbəti mərhələdə mükafatlar, 7-12-ci yeri tutanlar Konfrans Liqasına vəsiqə, son 4 sırada olanlar isə yüksək liqada qalmaq uğrunda mübarizə aparırlar. İlk iki “6-lıq” həlledici mərhələyə ilk mərhələdəki xalların yarısı ilə başlayırlar. Başqa sözlə, “Yunion” ikinci mərhələ ərəfəsində liderdən 13 deyil, artıq 6 xal geri qalırdı.
Sözsüz ki, xalların ikiyə bölünməsi daha çox 30 oyuna 68 xal qazanan “Genk”ə zərbə vurdu. Yoxsa bu komandanın mövqeyini əldən verəcəyi o qədər də real görünmürdü. Amma brüssellilərin nümunəsində 6 xallıq fərqi “əritmək” ehtimalı təbii ki, artmalı idi.
Belə də oldu. “Göy-sarılar” mükafatlar uğrunda mübarizədə keçirdikləri 10 oyunda məğlubiyyət üzü görmədilər (halbuki ilk mərhələnin 30 oyunundan 5-də uduzmuşdular). Müntəzəm çempionatın ilk dövrəsini 9-cu yerdə başa vuran iddialı komandanın baş məşqçisi postunu itirməli idi. Lakin rəhbərlik Pokonyolini istefaya göndərməyə tələsmədi. Bu isə ikinci dövrədə nəticələrin əhəmiyyətli şəkildə yaxşılaşması ilə müşayiət olundu.
Həlledici mərhələdə isə inanılmaz göstərici qeydə alındı: brüssellilər 9 qələbə qazanıb 1 oyunu heç-heçə başa vurmaqla 30 mümkün xaldan 28-ni hesabına yazdılar. Xüsusilə qeyd edək ki, bu, mükafatlar uğrunda mübarizədə rekord göstəricidi!
Sonuncu turun “Gent” ilə ev oyunundakı 3:1 hesablı qələbə Belçikanın ən titullu üçüncü komandasının qızıl medallara olan 90 illik həsrətinə son qoydu!
Zarafat deyil, “Yunion” Belçika çempionatında əvvəlki zəfərini uzaq 1935-ci ildə qazanmışdı. Prezident Aleks Mutsio növbəti çempionluğu reallaşdırmaq üçün uzun müddət gözləmək lazım gəlməyəcəyinə ümid edir.
Klubun baş direktoru Filipp Bormansın tarixi nailiyyətlə bağlı dedikləri maraqlıdı:

“Bu mövsümdə keçdiyimiz yol “Yunion” üçün tipik sayılan prosesdi. Ötən ilin noyabrındakı göstəricilərimiz çox zəif idi, amma biz təslim olmadıq. Mövsümü major notda başa vura biləcəyimizə inamımızı itirmədik. Öz üzərimizdə daha çox çalışdıq və alın tərimizlə çox uzun sürən titul həsrətimizə son qoyduq”.


“Genk” böyük şansı əldən verdi
Əlbəttə, brüssellilərin 90 ildən sonra yenidən zirvəyə çıxmasına əsas rəqiblərin mini-turnirdə həddən artıq xal itirməsinin də təsiri oldu. Bu planda “Genk”in geriləməsi diqqəti daha çox cəlb etdi. Birinci mərhələnin lideri əsas izləyicisi “Brügge”ni 9, 3-cü yerdəki “Yunion”u 13 xal qabaqlayırdı. Lakin Torsten Finkin komandası həlledici mərhələdə gözləniləndən az xal qazandı. 4 qələbə qazanıb 1 dəfə heç-heçə edən və 5 oyunda uduzan “Genk” sonda “Yunion”dan 9 xal az toplamaqla mövsümü 3-cü yerdə başa vurdu.
“Brügge” titulu qoruya bilmədi
Bu baxımdan “Brügge” də azarkeşlərini məyus etdi. Əvvəlki çempion müntəzəm çempionatı 2-ci yerdə başa vursa da, titulu qorumaq şansını saxlayırdı. Əksər ekspertlər brüggelilərin şansını yüksək dəyərləndirirdilər. Lakin həlledici mini-turnirdə 24 xal toplayan Niki Hayenin komandası gümüş medallarla kifayətləndi. “Brügge”nin titulu qoruya bilməməsinə təsir edən amillərdən biri kimi Çempionlar Liqasında çox enerji itirməsini göstərmək olar.
Doğrudu, “göy-sarılar” bu turnirdə mübarizəni 1/8 finalda dayandırarkən martın ortaları idi. Başqa sözlə, çempionatın həlledici mərhələsini daha yaxşı keçirmək olardı. Əslində əvvəlki çempionun göstəriciləri heç də pis alınmadı: Hayenin komandası 10 oyunda hesabına 23 xal yazdı. Lakin bu, “Yunion”un rekord nəticəsi qarşısında növbəti çempionluğa şərait yaratmadı. Yeri gəlmişkən, “Yunion”a evdə minimal hesabla uduzan “Brügge” yeni çempionla səfərdə qolsuz heç-heçəyə nail oldu. Nəticədə Belçikanın 19 qat çempionu əsas rəqibindən 3 xal geri qalaraq gümüş mükafatla kifayətləndi.
Vurğulanası faktlardan “Anderlext”in növbəti uğursuzluğunu da qeyd edək. 34 dəfə ölkə çempionu olan brüssellilər bu dəfə də “qızıl”ı təmin edə bilmədilər. Müntəzəm çempionatı 4-cü yerdə başa vuran paytaxt təmsilçisi mükafatlar uğrunda mübarizəni də bu pillədə bitirdi.
Başqa sözlə, çempionluq həsrəti 8 ilə çatdı.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:122
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 02 İyul 2025 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Paşinyanın Moskva səfərinin əsas məqsədi nə olacaq? ŞƏRH

02 Sentyabr 2026 17:44see516

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see342

Bülbül Vokal Məktəbinin məzunu Hamburq Musiqi və Teatr Ali Məktəbinə qəbul olunub (Foto)

02 Sentyabr 2026 17:03see272

Soyuq hava infarkt və insult riskini artıra bilər Günay İsmayılova

02 Sentyabr 2026 15:27see262

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see259

Azərbaycan futbolunun əfsanəsi

03 Sentyabr 2026 00:27see256

ABŞ da kommersiya məqsədli neft ehtiyatları 4,5 milyon barel azalıb

03 Sentyabr 2026 00:30see245

Musa Quliyev: “Maaş artımı ciddi islahatlara və yenilənmələrə ehtiyacı olan səhiyyə sahəsinə mühüm təkan olacaq”

02 Sentyabr 2026 17:43see237

Endirim, yoxsa qiymət oyunları? Cibinizdən belə pul çıxır

02 Sentyabr 2026 20:16see220

Azərbaycanın Mərkəzi Asiya və ŞƏT müstəvisində geosiyasi imkanları təhlil olunub

02 Sentyabr 2026 20:20see217

ABŞ də atışmada ikisi polis olmaqla bir neçə insan güllələnib

03 Sentyabr 2026 02:50see215

“” portalı “2025 ci ilin ən yaxşı Milli İxracın Təşviqi Platforması” mükafatına layiq görülüb

02 Sentyabr 2026 18:21see212

Əməkdar artist Züleyxa Hacıyeva vəfat etdi

02 Sentyabr 2026 21:50see209

Kartınızdan xəbərsiz pul çıxır? Səbəbini öyrənin

02 Sentyabr 2026 17:42see208

Təzə, yoxsa qurudulmuş? Əncirin sağlamlığa faydaları nələrdir?

02 Sentyabr 2026 21:07see199

“Nestlé” vitamin və qida əlavələri biznesini 1 milyard dollara satır

03 Sentyabr 2026 00:41see199

Tramp açıqladı: Ancaq bu hada Putinlə görüşərəm

03 Sentyabr 2026 03:24see198

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see194

“Sabah” BOS da oynaya bilər? klub rəsmisindən açıqlama

03 Sentyabr 2026 02:12see190

Müharibə iştirakçısı veteran statusu ala bilmir FOTO

02 Sentyabr 2026 23:01see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri