“900 manat maaş, makaron yemək...” Kənan etiraz etdi
Icma.az, Bakivaxti saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkələrdə İctimai Televiziya ilə bağlı yayılan sərt ifadələr diqqət çəkib.
Bakıvaxtı.az xəbər verir ki, paylaşımlardan birində tanınmış prodüser və aktyor Kənan M.M. (Mahmudov) telekanalda yaradıcı insanların zəhmətinə dəyər verilmədiyini bildirib. Onun sözlərinə görə, bəzi verilişlərə və seriallara aşağı büdcələr ayrılır, əməkhaqqı isə qeyri-adekvat dərəcədə azdır.
“Beş min manata serial çək, ayda 900 manat maaş al, yeməyə makaron ye, çəkilişdə öz paltarını geyin, evə metroyla qayıt… sonra da ‘bizi anlayın’ deyirlər”, – deyə Kənan M.M. qeyd edib. O, kanalda rəhbər vəzifədə olan bəzi şəxsləri “haqq yeyən”, ətrafındakıları isə “yaltaq” adlandıraraq sərt tənqid edib.
Kənan M.M. bildirib ki, yaradıcı insanların halal əməyi istismar olunur və bu cür münasibət davam etdiyi müddətcə ədalətdən danışmaq mənasızdır.
İddialar ictimaiyyət arasında ciddi rezonans doğurub.
Əli Hüseynov
Baxış sayı:83
Bu xəbər 07 Avqust 2025 12:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















