Icma.az
close
up
RU
“907 ci düzəliş” onun lehinə səs verənlər üçün mənəvi ləkədir Səfir

“907 ci düzəliş” onun lehinə səs verənlər üçün mənəvi ləkədir Səfir

Olke.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azadlığa Dəstək Aktına “907-ci düzəliş” Azərbaycana qarşı vaxtilə ədalətsiz olaraq tətbiq edilib. Bunu əksər amerikalılar da etiraf edib. Sözügedən düzəliş Azərbaycanın əraziləri işğal altında olduğu bir vaxtda, etnik təmizləmələr törədilərkən qüvvəyə minmişdi.

"Ölkə.az" xəbər verir ki, bunu “Diplomatic Watch” nəşrinə müsahibəsində Azərbaycanın ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim bildirib.

O, bu düzəlişin tətbiqi məsələsinin nə ABŞ-ın milli təhlükəsizlik siyasəti, nə də beynəlxalq münasibətlər və ya beynəlxalq siyasətlə bağlı olduğunu vurğulayıb.

“Bu, ona görə baş vermişdi ki, Konqresdəki müəyyən lobbiçi qüvvələr onun tətbiqində israr edirdi. O zaman isə Azərbaycan əraziləri işğal altında idi və xalqımız etnik təmizlənməyə məruz qalırdı. 2024-cü ildə haqqında bəhs etdiyim düzəlişin qüvvəsinin bərpa olunması ABŞ-Azərbaycan münasibətlərinə təsir göstərdi. Hər iki ölkə xüsusilə də son regional və qlobal hadisələr fonunda hazırkı ABŞ Administrasiyası dövründə tərəfdaşlıq münasibətlərimizin bərpasına ümidvar olduğunu bildirirdi. Biz dəfələrlə müxtəlif səviyyələrdə bu qərarın ədalətli olmadığı barədə fikirlər eşitmişdik. Bunu Konqres üzvləri də deyirdi. Bəzi konqresmenlər isə yeni Administrasiyanı “907-ci düzəliş”in qüvvədə qalmasına təhrik etmək istəyir. Bu, onların daxili işidir. ABŞ-ın regiondakı strateji maraqlarını nəzərə alaraq, demək olar ki, belə bir maneənin aradan qaldırılması həlledici rol oynaya bilər”.

Diplomat hazırda iki ölkə arasında sıx əlaqələrin mövcud olduğunu və ölkəmizin strateji mövqeyi nəzərə alınaraq, münasibətlərimizin daha da inkişafının qaçılmazlığına diqqət çəkib:

“Azərbaycan ABŞ üçün önəmli olan bütün məsələlərdə müəyyən rola malikdir. Ölkəmiz üçün ABŞ təkcə qlobal supergüc olması ilə deyil, həm də ortaq maraq və dəyərlərin mövcudluğu səbəbindən də vacib ölkədir. “907-ci düzəliş”ə baxmayaraq, mən bunu onun lehinə səs verənlər üçün mənəvi ləkə adlandırırardım, biz ABŞ-la ikitərəfli münasibətlərin inkişafına nail ola bilmişik. Hər iki ölkə birgə əməkdaşlığın önəmini qeyd etdiyi bir zamanda strateji düşüncəsi olmayan qüvvələrin kənardan göstərdiyi təzyiqlər bu anlayışı dəyişə bilməz. Mən ümid edirəm ki, münasibətlərimizin inkişafı “907-ci düzəliş” olmadan davam edəcək”.(APA)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:104
embedMənbə:https://olke.az
archiveBu xəbər 03 İyun 2025 19:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see255

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see201

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see171

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see149

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see145

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see141

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see140

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see136

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see135

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see135

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see133

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see133

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see132

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see130

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri