Icma.az
close
up
RU
907 ci düzəliş qarşıdakı ildə aradan qaldırılacaq  ŞƏRH

907 ci düzəliş qarşıdakı ildə aradan qaldırılacaq  ŞƏRH

Sherg.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Azərbaycan-ABŞ münasibətləri son 30 ilin ən yaxşı dönəmini yaşayır”

ABŞ-Azərbaycan münasibətlərində son dövrlərdə müşahidə olunan intensiv diplomatik təmaslar və qarşılıqlı əməkdaşlıq yeni mərhələyə qədəm qoyur. İki ölkə arasında strateji tərəfdaşlığın müxtəlif istiqamətlər üzrə inkişaf etdirilməsi, qarşılıqlı səfərlərin artırılması və müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi gündəmdə olan əsas məsələlərdəndir. ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon da iki ölkə münasibətlərində hazırda çoxsaylı proseslərin getdiyini açıqlayıb. Diplomatın sözlərinə görə, sentyabr ayında ABŞ şirkətlərinin Azərbaycanda keçiriləcək Müdafiə Sərgisində iştirakı, eləcə də digər nümayəndə heyətlərinin ölkəyə səfərləri nəzərdə tutulur. Bu addımlar Vaşinqtonun Bakı ilə strateji tərəfdaşlıq çərçivəsində əməkdaşlığı davam etdirmək və müxtəlif sahələrdə əlaqələri daha da inkişaf etdirmək niyyətinin göstəricisi kimi qiymətləndirilir.

ABŞ-Azərbaycan gündəliyində diqqət çəkən məsələlərdən biri də ölkəmizə qarşı tətbiq olunan 907-ci düzəlişlə bağlı məhdudiyyətlərdir. Emi Karlon bu istiqamətdə mühüm açıqlama verərək, tətbiq olunan məhdudiyyətlərin növbəti il üçün qüvvədən düşməsinin təmin olunduğunu bildirib. Bu açıqlama Azərbaycan-ABŞ münasibətlərində uzun müddətdir müzakirə olunan məsələlərdən birinin gələcək taleyi baxımından xüsusi əhəmiyyət daşıyır. Beləliklə, qarşılıqlı səfərlər, müdafiə sahəsində əməkdaşlıq və 907-ci düzəlişlə bağlı son vəziyyət ABŞ-Azərbaycan münasibətlərinin hazırkı gündəliyində əsas mövzulardan olaraq qalır. Vaşinqtonun strateji tərəfdaşlıq çərçivəsində Bakı ilə birgə işləməyə sadiqliyini vurğulaması isə iki ölkə arasında münasibətlərin inkişaf perspektivlərinin diqqət mərkəzində olduğunu göstərir.

Politoloq Oqtay Qasımov Sherg.az-a söyləyib ki, Azərbaycan və ABŞ arasında münasibətlər keçən ilin avqustundan etibarən ciddi bir dinamika ilə inkişaf edir:

“Bu müddət ərzində çoxsaylı görüşlər keçirilib, müzakirələr aparılıb. O, cümlədən ABŞ vitse-prezidenti də Azərbaycana səfər edərək Strateji Tərəfdaşlıq anlaşması imzlayıb. Bununla da münasibətlər yeni səviyyəyə qaldırıldı. Ümumiyyətlə ABŞ və Azərbaycan arasında bir çox istiqamətlər üzrə əməkdaşlıq mövcuddur. Enerji, nəqliyyat, təhlükəsizilik, logistika kimi məsələlərlə yanaşı, süni intelekt və.s sahələrdə əlaqələr genişlənməkdədir. Bu əməkdaşlıq yeni perspektivlər açmaqda davam edəcək. O ki, qaldı 907-ci düzəlişə, qarşıdakı ildə bu düzəliş aradan qaldırılacaq. Bu da münasibətlərin inkişafı üçün yeni imkanlar yaradır. Keçən ilin 8 avqustunda tərəflərin əldə etdiyi razılaşmaya əsasən 907-ci düzəliş əhəmiyyətini tamamilə itirib. Tramp adminstrasiyası da bununla bağlı müəyyən vədlər verib. Ümumiyyətlə Azərbaycan-ABŞ münasibətləri son 30 ildə özünün ən yaxşı dönəmini yaşayır”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://sherg.az
archiveBu xəbər 11 Sentyabr 2026 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see385

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see371

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see328

Mərkəzi Gömrük Hospitalının rəisi Baş həkim, yüksəkixtisaslı ümumi cərrah, t.e.d. Bəxtiyar Musayevi “Həkimlərimizi tanıyın” rubrikasında Sizə təqdim edirik.

20 Oktyabr 2026 15:58see299

Orqanizmdən zəhərli maddələri necə xaric etmək olar? Ən yaxşı detoksikasiya reseptləri

20 Oktyabr 2026 13:39see291

“Tağıyev: Məktəb” filmi “Oskar” mükafatına namizəd göstərilib

20 Oktyabr 2026 17:18see239

Turan dünyası İstanbulun türklük sevgisinə möhtacdır

21 Oktyabr 2026 01:12see236

“Bunlar bizə xəbərdarlıqdır!” Həkimdən gənclərə ürək xəstəlikləri ilə bağlı çağırış HƏKİM

20 Oktyabr 2026 12:49see235

Bu təklif Rusiyaya çatdırılacaq Zelenski

21 Oktyabr 2026 01:33see230

Netanyahu Trampla İranda rejim dəyişikliyi üçün növbəti addımları müzakirə etdi

21 Oktyabr 2026 02:11see211

Serialdakı Arda illər sonra (Foto)

20 Oktyabr 2026 23:41see208

Avtobus yerüstü piyada keçidinə çırpıldı, 24 nəfər...

20 Oktyabr 2026 23:55see197

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see196

Maska taxanda eynəklərin şüşələri tərləməsin deyə… Yaponların ÜSULU

20 Oktyabr 2026 22:48see195

“Borussiya”nın qapıçısı “Sabah”ın təzyiqindən danışdı

21 Oktyabr 2026 04:27see195

İran Prezidenti: Amerikaya etibar etmirik

21 Oktyabr 2026 02:23see189

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see188

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see188

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see178

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri