Icma.az
close
up
RU
907 ci düzəliş tarixə qovuşur: “Məntiqsiz qərar idi”

907 ci düzəliş tarixə qovuşur: “Məntiqsiz qərar idi”

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“ABŞ-nin Azərbaycana qarşı tətbiq etdiyi “Azadlığı Müdafiə Aktı”na 907 saylı düzəliş çox məntiqsiz bir qərar idi”.

Bu sözləri Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı “Cebheinfo.az”-a açıqlamasında deyib.

Sədr xatırladıb ki, sözügedən qərar 1992-ci ildə qərar qəbul olunub:

“Həmin vaxt guya Azərbaycanın Ermənistanı “blokada”da saxladığını iddia edirdilər. Azərbaycan istisna olmaqla, bütün keçmiş Sovet respublikalarına yardım göstərilirdi. Əslində, həmin dövrdə bizim torpaqlarımız işğal altında idi.

Belə bir şəraitdə ölkəmizə qarşı ağ bir yalan irəli sürdülər və 907-ci düzəlişi qəbul etdilər. Ancaq bu qərar ABŞ-də uzun illər ərzində mübahisə predmeti oldu.

Hər səfərində ABŞ Prezident Administrasiyası buna müxtəlif şəkildə yanaşdı. Dəfələrlə bunu dayandırmaq lazım olduğunu desələr də, addım atmırdılar. Buna baxmayaraq, Ümumilli Lider Heydər Əliyevin 2001-ci ildə ABŞ-yə səfərindən sonra bir yumşalma yarandı.

Nəticədə, hər il 907-ci düzəlişin icrası müvəqqəti olaraq dayandırıldı. Sadəcə sabiq ABŞ prezidenti Co Bayden bunu etməkdən imtina etdi. Bayden ermənipərəst mövqeyini açıq nümayiş etdirərək Ermənistanın yanında olduğunu göstərdi”.

O bildirib ki, 907-ci düzəlişin Azərbaycana ciddi təsiri yox idi:

“Sadəcə mənəvi məsələ idi. Çünki Azərbaycanın ABŞ və ya başqa hansısa ölkənin köməyinə ehtiyacı yoxdur. Yəni 907-ci düzəliş sırf mənəvi və siyasi qərardır. 

Lakin son məlumatlara görə, ABŞ Prezidenti Donald Tramp 907-ci düzəlişin icrasının dayandırılması haqqında sənəd imzalayacaq. Bunun Tramp administrasiyası tərəfindən obyektiv münasibətin göstəricisidir. 

Onlar hər məsələdə ədalətli mövqedən çıxış etməyə və qərəzli olmamağa çalışırlar. Hesab edirəm ki, bu, çox yaxşı təşəbbüsdür. Yəqin ki, Prezident Tramp tərəfindən 907-ci düzəlişin icrası birdəfəlik dayandırılacaq və bu, Konqresdə də təsdiqlənəcək. Artıq onlar da bunun mənasız qərar olduğunu başa düşürlər”.

Siyasətçi onu da əlavə edib ki, 907-ci düzəlişin ləğvi Azərbaycan və ABŞ arasındakı münasibətlərin bir təzahürüdür:

“Co Baydenin prezidentliyi dövründə ABŞ tərəfindən Azərbaycana qarşı açıq-aşkar şəkildə qərəzli siyasət həyata keçirilirdi.O zaman rəsmi Vaşinqton ölkəmizə qarşı düşmən mövqe sərgiləyirdi. Onlar müxtəlif bəhanələr gətirərək Ermənistanı müdafiə edirdilər. Lakin Donald Tramp tərəfindən bu qərəzli siyasətə son qoyulur.

Böyük ehtimalla, bu gün Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyanın və ABŞ Prezidenti Donald Tramp arasında keçiriləcək görüşdə başqa tarixi nəticələr də əldə olunacaq”.

Həmsöhbətimiz vurğulayıb ki, bu gün Ağ Evdə keçiriləcək sülh müqaviləsi ilə bağlı ciddi addım atıla bilər: 

“Düşünürəm ki, Bakı ilə İrəvan arasında sülh müqaviləsi ilə bağlı paraflanma, çərçivə sazişi və ya ümumi bəyanat imzlana bilər. 
Nəzərə almaq lazımdır ki, sülh müqaviləsinin imzalanması üçün müəyyən prosedurlar olmalıdır. Eyni zamanda, görüşdə Zəngəzur dəhlizi ilə bağlı da müsbət addımın atılacağı gözlənilir”.

Akif Nağı diqqətə çatdırıb ki, böyük dövlətlər artıq Azərbaycanla hesablaşırlar:

“Demək olar ki, artıq bütün dövlətlər Azərbaycanın regiondakı və dünya siyasi sistemindəki mövqeyi ilə hesablaşır. Dünya ölkələri indiki dövrdə Azərbaycanla bağlı mövqelərinə realist yön verməyə çalışırlar. Hətta İran və Rusiya belə artıq reallıqları dərk etməyə başlayıb”. 

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: ABŞ Azərbaycan 907-ci düzəliş

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:84
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 08 Avqust 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see286

Dəbdəbəli həyat tərzi nümayişi qadağası So­sial şə­bə­kə­də ya­zı­lan­lar

23 Oktyabr 2026 07:03see271

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see237

İran rəsmisi: Uzunmüddətli müharibə ABŞ nin ziyanına olacaq

23 Oktyabr 2026 04:23see216

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see214

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see211

Tramp Vensin namizədliyini dəstəkləmək barədə hələ qərar qəbul etməyib

23 Oktyabr 2026 04:52see206

İrem Dericidən Hadisəyə sevgi dolu təbrik: “Səni bütün qəlbimlə sevirəm”

22 Oktyabr 2026 19:46see203

Zelenski: bu tarixdə ruslarla döyüşsəydik, bu gün müharibə olmazdı

23 Oktyabr 2026 04:19see203

Hamısı məhv edildi Kadırov

23 Oktyabr 2026 01:48see193

Gəncədə keçmiş məhkumlardan biri digərini bıçaqlayıb

23 Oktyabr 2026 04:15see186

Araz çayında balıqların sayı artıb

23 Oktyabr 2026 01:21see185

Avropa Liqası: Beşiktaş və Yuventus dan heç heçə GÜNÜN NƏTİCƏLƏRİ

23 Oktyabr 2026 00:58see184

7 ölkə bir araya gəldi İstanbulda mühüm görüş

23 Oktyabr 2026 03:22see179

Kuba XİN i Ukrayna münaqişəsində iştirakla bağlı ittihamları rədd edib

23 Oktyabr 2026 02:21see179

ABŞ Venesuelaya qarşı bir sıra sanksiyaları ləğv etməyə hazırlaşır

23 Oktyabr 2026 05:50see178

Əlilliyə görə əmək pensiyası dayandırılıbsa, necə bərpa etmək olar?

22 Oktyabr 2026 20:27see178

Tovuzda kişinin güllələnmiş meyiti TAPILDI

23 Oktyabr 2026 04:53see176

“Evdə üç günlük ərzaq ehtiyatı toplayın, nağd pul saxlayın”

23 Oktyabr 2026 03:48see176

UEFA Avropa Liqası: “Beşiktaş” öz meydanında heç heçə edib

23 Oktyabr 2026 02:49see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri