Icma.az
close
up
RU
907 ci düzəlişin 35 ildən sonra ləğvi: Azərbaycana nə verəcək?

907 ci düzəlişin 35 ildən sonra ləğvi: Azərbaycana nə verəcək?

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

ABŞ-də 907-ci düzəlişlə bağlı proses davam edir.

Son olaraq Konqresə Azərbaycana qarşı yardım məhdudiyyətlərini ləğv etməklə bağlı qanun layihəsi təqdim edilib.Layihə Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsində irəli sürülüb: 

“9 dekabr 2025-ci ildə ABŞ Nümayəndələr Palatasına H.R.6534 saylı qanun layihəsi təqdim olunub. Layihə Azərbaycana yardım göstərilməsinə dair məhdudiyyətlərin ləğvini nəzərdə tutur. Qanun layihəsinin təşəbbüskarı Respublikaçılar Partiyasından Florida ştatını təmsil edən konqresmen Luna Anna Paulinadır”.

Qeyd edək ki, 907-ci düzəliş 1992-ci ildə qəbul olunub. Bu, ABŞ-nin Azərbaycana istənilən təyinatlı dövlət yardımının göstərilməsini qadağan edir. Lakin cari ilin avqust ayında ABŞ Prezidenti Donald Tramp "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişin tətbiqinin müvəqqəti olaraq dayandırılması ilə bağlı sərəncama imzalayıb. Bunun da ABŞ-Azərbaycan əlaqələrinin inkişafına töhfə verəcəyi proqnozlaşdırılır. 

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlama verən politoloq Yeganə Hacıyeva bildirib ki, 907-ci düzəliş erməni lobbisinin təsiri nəticəsində qəbul olunmuşdu: 

“1990-cı illərdə ermənilər Azərbaycan torpaqlarını işğala başladı. Beynəlxalq səviyyədə ölkəmizə qarşı erməni lobbisinin təhriki ilə bir neçə qanunverici təşəbbüslər oldu. Həmin dövrdə diqqət daha çox İraqdakı müharibə üzərindən ABŞ Konqresində Ermənistanın üzərində cəmlənsə də, erməni lobbisi və diasporası qəribə tərzdə özünə qarşı gələn təzyiqləri Azərbaycanın əleyhinə çevirə bildi.

Azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırım cinayətləri görməzdən gəlindi, əksinə guya bizim etnik ermənilərə qarşı hansısa cinayətlər törətdiyimiz kimi təqdim olundu. O dövrdə Azərbaycan informasiya blokadasında idi, hətta bir çox media təsisatı hələ də Moskvanın nəzarətində idi. Bu səbəbdən də öz maraqlarımızı yetərincə müdafiə edə bilmirdik”.  Ekspert qeyd edib ki, 30 il ərzində Azərbaycan, Ermənistan və Gürcüstana edilən yardımlara baxmaq lazımdır: 

“907-ci düzəlişə görə ölkəmizin itkiləri kifayət qədər böyük idi. Sadəcə hərbi-texniki deyil, digər sahələri də əhatə edir. Birbaşa dövlət yardımlarının məhdudlaşması Azərbaycanın iqtisadi islahatlara, infrastruktur layihələrinə, institusional dəstəyə çıxışını zəiflətdi.

Eyni zamanda, xarici investorlar üçün də riskləri artırdı və iqtisadi inkişafı çətinləşdirdi. Bu, xüsusilə müstəqilliyin ilk illərində kritik idi. Ölkəmizi beynəlxalq səviyyədə ABŞ qanunları qarşısında “aqressor” kimi təsvir edirdi və bu, ölkənin imicinə mənfi təsir göstərirdi. 

ABŞ-nin digər postsovet ölkələrindəki proqramlarına daxil olmayan Azərbaycan öz islahat proqramlarını və iqtisadi açılımını daha çox daxili resurslarla həyata keçirməli oldu. 

907-ci maddənin qüvvədə olduğu dövrdə Azərbaycan yalnız qeyri-hökumət təşkilatları vasitəsilə məhdud yardım alıb. Lakin digər keçmiş Sovet ölkələri, o cümlədən Ermənistan və Gürcüstan ABŞ-dən rəsmi yardım paketlərindən tam faydalandı”.

Politoloq vurğulayıb ki, 907-ci düzəlişin ləğvinin Azərbaycan üçün faydaları kifayət qədər böyük olacaq: 

“Xüsusilə Donald Trampın yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanla ABŞ arasında ədalətli yamaşma münasibətlərin yaxınlaşması prosesi start verdi. Əslində, ölkəmizə qarşı obyektiv yanaşma məhz belə olmalı idi.

Ancaq zamanında tarixi ədalətsizlik nəticəsində Azərbaycanın əleyhinə 907-ci düzəliş qəbul edilib. Son aylarda bu ədalətsizliyin aradan qaldırılması istiqamətində təşəbbüslər oldu. Nəticədə, bu qərar ləğv edildi. İndiki vəziyyətdə bu addımın atılması Azərbaycanla Ermənistan arasında gedən sülh prosesinə də öz müsbət töhfəsini verəcək”.

Yeganə Hacıyeva diqqətə çatdırıb ki, 907-ci düzəlişin ləğvi sayəsində Azərbaycana ABŞ-nin hərbi-texniki təcrübəsi mübadiləsi ola bilər: 

“Bu da Azərbaycan Ordusunun daha da güclənməsinə gətirib çıxarar. Nəzərə almaq lazımdır ki, Ordumuz həm də müasir ordu formasında yenidən qurulması prosesi davam edir.

Texnoloji naliyyətin hərb sənayesinə transfer olunması ilə gedən prosesləri ən yaxşı edən məhz ABŞ-dir. Yəni bunun mübadiləsi bizim üçün olduqca faydalı olar. Bundan başqa, iki ölkə arasında iqtisadi və kadr mübadiləsi kifayət qədər uğurlu alınar”.

Elmir Mustafa
“Cebheinfo.az”

Açar sözlər: ABŞ 907-ci düzəliş

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Dekabr 2025 15:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see682

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see569

Oturaq işləyənlərin nəzərinə: Saatda cəmi 5 dəqiqə gəzmək...

25 Noyabr 2026 12:03see321

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see318

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see290

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see287

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see275

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see275

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see253

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see250

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see243

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see243

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see241

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see240

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see237

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see236

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see235

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see230

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see214

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri