907 ci düzəlişin ləğvi münasibətlərin daha da yaxşılaşmasına kömək edə bilər
Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan ilə Amerika Birləşmiş Ştatları arasında genişlənən ikitərəfli əməkdaşlıq əlaqələri, siyasi-iqtisadi və strateji sahələrdə yüksələn xərc üzrə inkişaf edən münasibətlər, 1992-ci ildə ABŞ Konqresində qəbul edilmiş "Aazadlığa dəstək aktı"na əlavə olunmuş 907-ci düzəlişin ləğv edilməsi bu gün zərurətə çevrilib".
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev parlamentin payız sessiyasının sonuncu plenar iclasında çıxışı zamanı bildirdi.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin 8 avqust 2025-ci ildə Vaşinqtonda keçirilən üçtərəfli görüş zamanı 907-ci düzəlişin ləğvinə böyük önəm verməsi, düzəlişin dayandırılması ilə bağlı qərarın verilməsi və bunun rəsmən elan edilməsi dövlətimizin rəhbərinin tarixi uğuru kimi qiymətlidir:
"907-ci düzəliş bir il dondurulub, onun ləğvi ilə əlaqədar Konqresdə müəyyən işlərin görüldüyü məlumdur. Ancaq işlərin gedişi mövcud reallıqlara uyğun deyil. Çünki artıq Azərbaycan Ermənistan arasındakı münasibətlər normallaşdırmaqda gündən-günə yaxşılaşmaqdadır.
Düzəlişin ləğvi münasibətlərin daha da yaxşılaşmasına kömək edə bilər və bu, çox vacibdir. Azərbaycanın enerji təhlükəsizliyi, regional sabitlik və antiterror sahəsində Amerika ilə strateji tərəfdaş olması nəzərə alınmalıdır. ABŞ Konqresi düzəlişi ləğv etməklə münasibətlərin daha da yaxşılaşmasına təkan verə bilər. Amerika Birləşmiş Ştatları Prezidenti Donald Trampın bu sahədəki səylərini alqışlamaqla onun Azərbaycan-Amerika əlaqələrinə daha böyük önəm verməsi ümidindəyik. 907-ci düzəlişin ləğvi bu baxımdan çox əhəmiyyətlidir və əminik ki, qarşıdakı ildə bu özünü müsbət həllini tapacaqdır".
Aminə ŞAHSUVARQIZI
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:57
Bu xəbər 30 Dekabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















