Icma.az
close
up
RU
91 bal toplayan müəllim işsiz qalırsa, digərləri necə tapsın?

91 bal toplayan müəllim işsiz qalırsa, digərləri necə tapsın?

Icma.az, Redaktor.az saytına istinadən bildirir.

Son günlərdə sosial şəbəkələrdə müəllimlərin yüksək bal toplasalar da, aktiv vakansiya tapa bilməməsi müzakirə mövzusuna çevrilib. Müəllimlər iddia edirlər ki, bəzi vakansiyalar gizlədilir.

Redaktor.az azedu.az-a istinadən xəbər verir ki, elm və təhsil üzrə ekspert Səbuhi Abdullayev qeyd edib ki, əgər, ölkədə bu qədər müəllimə ehtiyac yoxdursa, bu qədər bakalavr niyə qəbul olunur?

"Son günlər müəllimlərin işə qəbulu imtahanları, xüsusilə də vakant yerlərin seçimi ilə bağlı cəmiyyətdə ciddi narahatlıq və suallar var. Mətbuatdan da göründüyü kimi, bəzi namizədlər kifayət qədər yüksək bal toplasalar da, vakant yer seçə bilmirlər. Vakant yerlərin sayı çox azdır.

Burada iki əsas nüans var. Birincisi, doğrudan da vakant yerlərin sayı azdır. Əgər belədirsə, bəs niyə bu qədər müəllim hazırlanır universitetlərdə? Əgər, ölkədə  bu qədər müəllimə ehtiyac yoxdursa, bu qədər bakalavr niyə qəbul olunur? Niyə bu sahəyə bu qədər plan yeri ayrılır? Əgər doğrudan da müəllimə ehtiyac varsa, o zaman vakant yerlər haradadır? Niyə bu yerlər açıqlanmır və ya gizli saxlanılır? "

91-92 bal toplayan namizədlər belə vakant yer tapa bilmirsə, bu nə dərəcədə ədalətlidir?

"Bu səbəbdən məsələ ciddi şəkildə araşdırılmalı və Elm və Təhsil Nazirliyi bu məsələyə aydınlıq gətirməlidir: əslində problem nədədir? Məsələn, 91-92 bal toplayan namizədlər belə vakant yer tapa bilmirsə, bu nə dərəcədə düzgündür? 91 bal artıq əlaçı səviyyəsində olan bir namizəd deməkdir. Əgər belə bir şəxs sistemdə yer tapa bilmirsə, o zaman digərləri necə tapsın?

Əgər burada uyğunluq problemi varsa, tələbə qəbulu planı azaldılmalıdır. Yox əgər vakant yerlər həqiqətən mövcuddursa, amma gizlədilirsə, bu yerlər açıqlanmalı və müəllimlərin yerləşdirilməsi ilə bağlı problemlər aradan qaldırılmalıdır",- deyə Səbuhi Abdullayev vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:36
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 Avqust 2025 11:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qəza sərhəddən 5 km aralıda baş verib FOTOLAR

11 Noyabr 2025 18:06see234

AB Ukrayna üçün plan hazırlayır KİV

11 Noyabr 2025 12:50see162

Qəzaya uğrayan təyyarə ilə bağlı maraqlı məlumatlar KONKRET

12 Noyabr 2025 11:42see149

Gürcüstan Azərbaycan vətəndaşlarını ölkədən çıxardı

11 Noyabr 2025 16:11see143

Saatlı Uşaq Musiqi Məktəbinin III sinif şagirdi diplomant adını qazanıb

11 Noyabr 2025 13:47see139

Məktəbdə uşaqlara inək südü əvəzinə "balıq südü" verilir

11 Noyabr 2025 08:56see138

MLS klubu Neymarı baş ağrısı kimi qiymətləndirdi transferdən imtina etməsinin səbəbi

11 Noyabr 2025 00:14see137

Paris: Zəfər Günü Qürur, Yaddaş və Qələbə Ritmləri

11 Noyabr 2025 04:40see137

Qəzaya düşən C130 ABŞ generallarının istəyi ilə yaradılıb TARİXÇƏ

11 Noyabr 2025 19:20see137

Nəfəs kimiləri müğənnicikdir

11 Noyabr 2025 06:06see131

Əvvəlcə Arnar, sonra Abbasov

11 Noyabr 2025 11:26see129

“Tofaş”la avtoxuliqanlıq etdi, videosunu sosial şəbəkədə paylaşdı

11 Noyabr 2025 03:54see129

Hava KƏSKİN DƏYİŞİR? Bu ərazilərdə temperatur 3 dərəcəyə ENƏCƏK

11 Noyabr 2025 12:19see128

DYP Bakı Qazax yolundakı tıxacla bağlı məlumat yaydı Son vəziyyət belədir

11 Noyabr 2025 03:53see126

TFF iki futbolçuya qarşı inzibati tədbirləri dayandırıb

12 Noyabr 2025 16:06see126

Lavrov qərarı açıqladı: Moskva geri addım atır?

11 Noyabr 2025 20:11see122

Çay sağlamlıq üçün təbii dost

12 Noyabr 2025 01:03see119

Putini gözləyən qorxulu ssenari: tarix bilindi Region yenə qarışacaq

12 Noyabr 2025 07:34see118

Trampın açıqlamaları Ukrayna üçün müəyyən problemlər yarada bilər RƏY

11 Noyabr 2025 14:07see118

Paytaxtda oğurluq edənlər saxlanılıb

11 Noyabr 2025 14:22see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri