92 yaşında prezidentliyə namizəd oldu
Icma.az bildirir, Yeniavaz portalına istinadən.
Kamerunun hazırkı prezidenti Pol Biya 12 oktyabr 2025-ci ildə keçiriləcək prezident seçkilərində namizəd olduğunu açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, o bu barədə “X” sosial şəbəkə hesabında məlumat yayıb.
“Əmin olun ki, mənim sizə xidmət etmək əzmim üzləşdiyimiz problemlərin ağırlığı ilə mütənasibdir”, - Kamerun prezidenti bildirib.
92 yaşlı Biya 1982-ci ilin payızından bəri 43 il fasiləsiz dövlət başçısı olub.
Qeyd edək ki, Kamerunda prezident seçkiləri bu il oktyabrın 12-nə təyin edilib. Seçkilər bir turda keçirilir. Sadə səs çoxluğunu alan namizəd Qalib olub. Prezidentin mandatı yeddi il üçün nəzərdə tutulub.

