94 yaşlı Kastro edam edilə bilər
Unikal.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ Ədliyyə Nazirliyi Kubanın keçmiş lideri, 94 yaşlı Raul Kastro və digər təqsirləndirilən şəxslərə qarşı irəli sürülən ittihamların ölüm və ya ömürlük həbs cəzası ilə nəticələnəcəyini açıqlayıb.
"Unikal" xəbər verir ki, nazirliyin məlumatına görə, bu cür cəzalar qətl və ABŞ vətəndaşlarını öldürmək üçün sui-qəsd ittihamlarına tətbiq edilir.
Sözügedən iş 1996-cı ildə Kuba qırıcı təyyarələrinin Mayamidə kubalı mühacirlər tərəfindən qurulan insan haqları təşkilatı olan "Brothers to the Rescue"yə məxsus iki təyyarəni vurması hadisəsindən qaynaqlanır. Hadisə nəticəsində dörd nəfər həlak olub. O vaxt Raul Kastro Kuba Müdafiə Nazirliyinin rəhbəri idi.
Havana həmin vaxt təyyarənin hava məkanını pozduğunu iddia etmişdi. Lakin Beynəlxalq Mülki Aviasiya Təşkilatının araşdırması nəticəsində zərbələrin neytral hava məkanında baş verdiyi müəyyən edilib.
Nuranə Abbasova
Baxış sayı:133
Bu xəbər 20 May 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















