960 dollar dəyərindəki məhsul qızıl gül olub
Lent az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Cari ilin mart ayında Niderland Krallığından 960 ABŞ dollar dəyərində qızıl gül idxal edilib.
Lent.az xəbər verir ki, bu barədə "APA-Economics"in sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsi açıqlama yayıb. Bildirilib ki, “Xarici ticarətin gömrük statistikasının nəşr olunması Qaydası”nın 3.3-cü bəndinə əsasən idxalda malın mənşə ölkəsi tərəfdaş ölkə hesab edildiyindən sözügedən qızıl güllər xarici ticarətin gömrük statistikasında Ermənistandan idxal edilən mallar kimi öz əksini tapıb.
Qeyd edək ki, bu ilin I rübündə Azərbaycan Ermənistana 5 milyon 757.48 min ABŞ dolları dəyərində məhsul ixrac edib.
Dövlət Gömrük Komitəsinin hesabatına əsasən bu dövrdə Ermənistandan Azərbaycana idxal olunan məhsulların dəyəri isə 960 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana ötən ildən neft məhsullarının göndərilməsinə başlanılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 16 Aprel 2026 17:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















