98 nömrəli bağçadan şİkayət: Valideyndən pul tələb edildi
Icma.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Sosial şəbəkədə 98 nömrəli dövlət uşaq bağçası ilə bağlı ciddi narazılıq müraciəti yayılıb.
“Yeni Sabah” xəbər verir ki, Leyla Türkmən adlı valideyn övladını elektron sistem vasitəsilə sözügedən bağçaya qeydiyyatdan keçirsə də, sürprizlə qarşılaşdığını bildirib.
Şikayətçinin sözlərinə görə, bağçada övladının yerləşdirildiyi qrupun ödənişli olduğu bildirilib. Rəhbərlik bunu dövlət bağçasının tərkibində özəl (ödənişli) qrupun fəaliyyət göstərməsi ilə əsaslandırıb. Pepperoni pizza
Elektron qəbul sistemi ilə dövlət bağçasına yönləndirilən uşağın hansı hüquqi əsasla ödənişli qrupa salındığını soruşan valideyn məsələnin araşdırılmasını tələb edir. O, ödənişsiz dövlət qruplarının mövcudluğunu və bu tətbiqin nə dərəcədə qanuni olduğunu öyrənmək üçün aidiyyəti qurumlardan yazılı cavab və müvafiq tədbirlərin görülməsini xahiş edir.
Nazim Hacıyev
Baxış sayı:69
Bu xəbər 29 Sentyabr 2026 14:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















