Icma.az
close
up
RU
99 milyon illik kəhrəba daxilində “zombi göbələyi” izləri

99 milyon illik kəhrəba daxilində “zombi göbələyi” izləri

Icma.az, Bizimyol portalına istinadən məlumat verir.

Elm adamları, 99 milyon illik bir kəhrbanın içində başından göbələk çıxmış bir milçək və bənzər şəkildə yoluxmuş bir qarışqa tapıblar.

Bizimyol.info "trthaber"ə istinadən xəbər verir ki, bu canlılar, "The Last of Us" serialına ilham verən zombi göbələklərinin dinozorlardan əvvəlki dövrdə də mövcud olduğunu göstərir.

Çinin Yunnan Universitetindən araşdırmaçılar, 99 milyon il əvvəl yaramış bir kəhrəba fosilində, başından göbələk çıxmış bir milçək və bənzər şəkildə yoluxmuş gənc bir qarışqa tapıblar. Bu tapıntılar, parazit göbələklərinin qədim dövrlərdə də böcəklərin bədənlərini ələ keçirərək onların davranışlarını nəzarətə aldığına işarə edir.

Bu kəşf, "The Last of Us" serialına ilham verən Ophiocordyceps cinsinə aid parazit göbələklərinin dinozorlardan əvvəlki dövrdə də mövcud olduğunu göstərir.

Araşdırmaçılar, kəhrəba içərisindəki fosilləri mikroskop və 3D görüntüləmə texnologiyaları ilə təhlil ediblər. Araşdırma nəticəsində daha əvvəl bilinməyən iki yeni göbələk növü müəyyən edilib:

Paleoophiocordyceps gerontoformicae (qarışqada)Paleoophiocordyceps ironomyiae (milçəkdə)

Bu növlər, müasir "zombi qarışqa göbələklərinin" ataları ola bilər.

Bu günümüzdəki oxşar parazit göbələkləri qarışqalar kimi böcəklərin bədənlərinə girərək onların sinir sistemlərini ələ keçirir, onları yüksək yerlərə qalxmağa məcbur edir və sonra öldürərək sporlarını xaricə atır. Kehribarda tapılan bu fosillər, oxşar bir "zombiləşmə" prosesinin milyonlarla il əvvəl də baş verdiyini göstərir.

Smithsonian Təbiət Tarixi Muzeyindən Dr. Conrad Labandeiraya görə, qarışqalar tarix boyu bu göbələklərin "ilk hədəfləri" olmuş ola bilər.

Kəhrəba fosilləri, qədim təbiət hadisələrini və orqanizmlər arasında əlaqələri detallı şəkildə ortaya qoyur. Lakin mütəxəssislərə görə, bu cür tapıntılar çox məhdud saydadır, buna görə də belə kəşflər çox qiymətlidir.

Araşdırmaçılar, göbələklərin böcəkləri öldürdükdən sonra onların üzərini qatranla örtüldüyünü və bu şəkildə milyonlarla il ərzində qorunub bugünkü günə qədər gəldiyini vurğulayıblar.

Bu kəşf, son illərdə paleontologiya dünyasında həyəcan yaradan Myanmar kəhrəbalarından birinə aiddir. Lakin bu bölgədəki müharibə vəziyyəti, əldə edilən fosillərin etik problemlər yaratdığına işarə edir.

Araşdırmaçılar, bu nümunələrin 2017-ci ildən əvvəl alındığını və silahlı münaqişə ilə əlaqəsi olmadığını vurğulayıblar.

Bu tip kəşflər paleontologiya sahəsində çox maraqlı və bəşəriyyət tarixinin anlamağa kömək edən mühüm addımlardır. Təbii ki, həm də "The Last of Us" kimi populyar mədəniyyət əsərlərinə də ilham verir. Həmçinin, keçmişdəki parazitlərin davranışlarını daha yaxşı başa düşməyimizə də kömək edir.

Qadir, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 25 İyun 2025 13:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri