Icma.az
close
up
RU
“A it, üzdənüzdən!”

“A it, üzdənüzdən!”

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

Məşhur Amerika yazıçısı Mark Tven deyirmiş, siqareti tərgitmək çox asandı, şəxsən mən onu bir neçə dəfə atmışam. 

Mark kişinin sözü olmasın, düşünürəm, hər bir kişi gəncliyində mütləq siqaret çəkməli, yəni həyatın bu acısından dadmalıdı. 

Siqaret çəkməlisən, lazım bilmədikdə isə iradə göstərib tərgitməlisən. Kişi spirtli içki də içməlidi, ancaq onun  aludəçisi olmamalıdı. Həyata bir dəfə gələsən, onda da siqaretin, arağın nə olduğunu bilməyəsən – ayıbdı! 

Məsələn, keçmiş dostum Rasim Qaraca 60 yaşını arxada qoyub, ancaq o, hələ də tort yeyir. Adam indiyə qədər nə araq içib, nə də siqaret tüstülədib. Ona görə yazdıqları da dadsız-duzsuz, həyatdan kənar şeylərdi. Siqaret acısını dadmayan, duyğularını araqla şahə qaldırmayan adam nə yaza bilər, axı? Beləsinin plastilin misraları kimə lazımdı? Həyatın içinə girə bilməyib kənarında hərlənən adamdan nə şair? Nəysə... 

Nədən danışırdım? Hə! Sovetdən qalma bir adam kimi deyim ki, biz içdiyimiz araqlar həqiqətən, buğdadan çəkilir, pivələr isə təbii arpadan hazırlanırdı. Yəni, spirtli içkilər ekoloji təmiz idi, rahat içilirdi, ona görə hər bir sovet adamı spirtli içkini asanlıqla qəbul edirdi. Şəxsən mən uzun müddət spirtli içki qəbul etmişəm, lakin fasilələrlə içmişəm. Məsələn, bir həftə dalbadal içəndə aylarla fasilə vermişəm. Artıq altı ilə yaxındır spirtli içkini, yeddi ilə yaxındır siqareti atmışam. Düşünürəm, ta bu sonuncudur, bir də onlara qayıtmayacam.  

İndiki gəncləri qınamıram, texniki spirtlərdən hazırlanmış içkiləri o qədər də yaxşı qəbul edə bilmirlər. Hər şey süni olduğundan təyinatı üzrə istifadə etmək olmur. Məsələn, biz yorulanda dopinq əvəzi araq içirdik. Yaxud, kədərli bir şeyi rahat unutmaq üçün araq yaxşı gedirdi. Elə sevinəndə də araq yaxşı idi. Sevimli bir dostunu görəndə mütləq "vururdun”. 

Əfsuslar olsun ki, indiki siqaretlər də süni texnologiya məhsuludu. Ama, bizim çəkdiklərimiz həqiqi tütündən hazırlanırdı. Bütün bunlara baxmayaraq, yenə deyirəm, hər bir kişi siqaretin və spirtli içkinin dadına baxmalıdı. 

Söhbətim təkcə araq və siqaretlə bitmir! Hər bir kişinin bir sıra texniki və məişət bacarıqları olmalıdı. Məsələn, hər birimiz otvertka ilə şrup bərkitməyi bacarmalıyıq. 

Yadımdadı, Əcəmi tərəflərdə kirayələdiyim mənzilə girəndə mat qalmışdım: divardakı rozetkalar sallanır, şnurlar təhlükəli vəziyətdə qabarırdı. Özü də məndən qabaq burada azyaşlı uşağı olan ailə yaşamışdı. Demək, ailənin kişisi adi rozetkanı divara bərkitməyi də bacarmırmış.  

Halbuki, hər bir kişi hələ gənc yaşlarından çəkiclə, mişarla, otverka ilə işləməyi bacarmalıdı. Bu gün Çində uşaqlara lap ibtidai siniflərdən yemək bişirməyi, taxta mişarlamağı, bitki yetişdirməyi, nə bilim, drel işlətməyi öyrədirlər. 

Yemək demiş, eləcə də, hər bir kişi yaxşı yemək bişirməyi bacarmalıdı. Bizdə çox adam elə bilir yemək hazırlamaq qadın cinsinə aiddir. 

Uşaqlıqdan görmüşəm, bizim bölgədə xeyirdə-şərdə kütləvi yeməkləri kişilər hazırlayırdı. Şəxsən mən özüm çox dadlı yeməklər hazırlaya bilirəm. 

Sonra. Hər bir kişi elə uşaq yaşlarından velosped sürməyi, suda üzməyi, dalaşmağı bacarmalıdı. Çoxlu elementar şeylər var ki, hər bir kişi ailə qurana qədər onları öyrənməlidi. Məsələn, tərəvəz yetişdirməyi, ağac budamağı, işıq çəkməyi... Bunları bilsən insanlıq, mehriban davranmaq, dostla münasibət istedadı öz-özünə yaranacaq. 

Ağac budamaq demişkən, bir dəfə kənddə gördüm bir dostum əlində mişar bağda ağac budayır. Elə uzaqdanca duydum ki, adam səhvlər eləyir. Tez özümü çatdırdım, səhvini düzəltdim, bu işin fəlsəfəsini ona izah elədim. Qoy, bilməyənlər də bilsin, budayarkən əsasən orta budaqları aradan götürmək lazımdı ki, ağac yaxşı nəfəs ala bilsin, məhsulu iri və sağlam olsun. Həm də budama zamanı yaşlı və xəstə budaqların kəsilməsinə üstünlük verilməlidi... 

Qədimdə evlənmək istəyən cavan oğlanın gücünü, fəhmini və bacarığını yoxlamaq üçün qabağına iri kötük qoyurlarmış ki, balta ilə doğrasın. Qız və oğlan tərəfin adamları da oturub bu "tamaşaya” baxırmışlar ki, görək ərgənimizin bacarığı necədi. Yəni, odunu rahat, ustalıqla yara bilməyənə qız verməzlərmiş. 

Yadımdadı, nənəm  danışırdı ki, qədimdə evlənmək istəyən bir gənci qızgilin həyətində odunyarma sınağına çəkirlərmiş. Hər iki tərəfin adamları yığılıb oğlanın qabağına  bir kötük diyirləyirlər, baltanı da verirlər ki, doğrayıb səliqə ilə bir yana yığsın. Oğlan bu işdə biraz səriştəsiz  olsa da qızı ürəkdən sevirmiş. İşə başlayan oğlan baltanı götürən kimi var gücü ilə kötüyün ortasına vurur. Balta enli kötüyə batsa da odun yarılmır. Bəyimiz baltanı zorla kötükdən çıxarıb yenidən kötüyün ortasına çaxır və təzədən baltanı çıxarmağa güc verir. 

Həyətdə bağlı itə təzə çalınmış yal gətirən qız oğlanın naşılığını görür və ona kömək eləmək istəyir. Bilir ki, kənardan demək olmaz, bəs, oğlana necə çatdırsın ki, kötüyün ortasını baltalamaq yox, kənarından xırda-xırda qoparıb doğramaq lazımdı. Qız bir itə baxır, bir də biabır olan oğlana. Bu yanda da it tələskənlik edir, qaynar yalı hövsələsiz içmək istəyir, az qalır azını yandırsın. Zəki qız bu zaman  itə təpinmək yolu ilə sözünü oğlana belə çatdırır: "A it, üzdən-üzdən!” 

Sevdi qızın səsini eşidən oğlan başını qaldırıb məhəbbətlə qıza baxır. Qız sevgilisini ötəri süzərək yenidən təkrarlayır: "A it, üzdən-üzdən!” 

Oğlan sevgilisinin eyhamını başa düşür və baltanı endirərək kötüyün qıraqlarından narın-narın parçalar qoparmağa başlayır. Beləcə, iri kötüyü doğrayaraq odunları səliqə ilə bir tərəfə yığır və... sevdiyi qıza qovuşur. 

Deyirəm, bəlkə həmin gələnəyi yenidən təzələyək? Yəni, ailə qurmaq istəyən gəncin qabağına bəlkə yenə kötük qoyaq? Ya bəlkə drellə işləməyini, velosiped sürməyini yoxlayaq?     

Murad Köhnəqala

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 09 Dekabr 2024 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see318

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see308

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see289

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see267

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see256

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see245

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see218

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see213

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see198

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see197

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see184

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see176

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see173

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see156

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see153

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see152

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see151

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see151

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri