Icma.az
close
up
RU
A seriyasında məhsuldarlıq niyə azalıb?

A seriyasında məhsuldarlıq niyə azalıb?

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

İtaliya çempionatının yüksək liqasında mövsüm sona yaxınlaşır. Artıq 32 tur arxada qalıb. Son 6 turda hansısa möcüzəvi hadisə baş verməsə, “İnter” tarixində 21-ci dəfə çempion olacaq.

Bu məqamda skudetto uğrunda mübarizənin bundan sonrakı axarı ilə bağlı mülahizə yürütməyin yeri yoxdu. Ona görə ki, “İnter” əsas izləyicisi olan son çempion “Napoli”ni 9 xal qabaqlayır. Odu ki, A seriyasında daha aktual sayılan mövzuya – liqada məhsuldarlığın və bombardirlərin göstəricilərinin aşağı düşməsinə toxunacağıq. İtaliyanın aparıcı idman qəzetlərindən sayılan “Corriere dello Sport”un aprelin 15-də işıq üzü görən sayında bununla bağlı dərc edilən yazını nəzərinizə çatdırırıq.
Son 21 ildə ən aşağı ikinci göstərici
Bir məhsulu daha yaxşı satmaq üçün sürətli və məcburi şəkildə işıqlandırılan elementlərin istehlakının yaratdığı yeni bir estetikaya uyğunlaşmaq lazımdısa, problem təkcə Hyustonda deyil, həm də İtaliyadadı. Çünki A seriyası birdən-birə, məntiq və ya səbəb-nəticə ilə əlaqəli olmayan amillərin kombinasiyası səbəbindən qol böhranı və “nəsli kəsilməkdə olan bir növ”ü – ardıcıl olaraq ikirəqəmli qollar vura bilən cərimə meydançası “yırtıcıları”nı qorumaq ehtiyacı ilə üzləşir.
İtaliya çempionatı eyni zamanda bir-biri ilə bağlı olan iki problemlə üzləşib. Bir tərəfdən A seriyasında qol sayı azalır: 32 turda 782 qol vurulub ki, bu da ötən mövsümün analoji göstəricisindən 43 qol azdı. Bu, liqanın 20 komandalı formata qayıtdığı 2004/05 mövsümündən indiyədək qeydə alınan ən aşağı ikinci göstəricidi. Ötən müddətdə ən az qol 2010/11 mövsümündə vurulub: onda 32 turda top qapılarda 779, mövsümün sonunda isə 955 dəfə görünmüşdü. Məhsuldarlıq hazırkı templə davam etsə, cari mövsümdə təxminən 928 qol vurulacaq. Bu, mövcud formatda və qələbəyə 3 xal sistemində ən zəif nəticə olacaq.
Zəif bombardirlər
Başqa bir fövqəladə vəziyyət sözün həqiqi mənasında qol vurmaq üzrə mütəxəssis sayılanlarla bağlıdı. Hazırda A seriyasında yalnız 8 oyunçu arzulanan ikirəqəmli həddə çatıb. Onlar əsl və belə desək, uyğunlaşdırılmış mərkəz hücumçuları Lautaro Martines, Markus Türam (hər ikisi “İnter”), Rasmus Höylunn (Napoli), Doniell Malen (Roma), Anastasios Duvikas (Komo), Keynan Devis (Udineze) və Çempionlar Liqasına (ÇL) sonuncu – 4-cü vəsiqə uğrunda mübarizədə “Komo” və “Yuventus”un taleyinə görə məsuliyyəti üzərinə götürən Nikolas Pas və Kənan Yıldız kimi “10 nömrələr”dən ibarət qrupdu. Etiraf edək ki, 32 turluq marafon üçün kiçik qrupdu.
Onları son 6 turda tezliklə 10 qol həddinə çata biləcək böyük namizədlər qrupu müşayiət edir. Hakan Çalhanoğlu (İnter), Covanni Simeone (Torino), Nikola Krstoviç (Atalanta) və Rafael Leao (Milan) ikirəqəmli göstəriciyə çox yaxındı. Skott Maktominey (Napoli), Rikkardo Orsolini (Bolonya), Moyze Ken (Fiorentina) və gec-tez uzunmüddətli “qol orucunu pozacağına” ümid edilən Kristian Pulişiç (Milan) də mövsümü azı 10 qolla başa vura bilər. İtaliya futbolu üçün daha ciddi siqnal sayılan bir faktı da vurğulayaq. Hazırda ən çox qol vuran 12 futbolçu sırasında bir italiyalı belə yoxdu!
1990/91 mövsümünün göstəricisi aktualdı
Bombardirlərin siyahısına 16 qolla Martines başçılıq edir. “İnter”in argentinalı hücumçusunun zədəsini sağaldandan sonra ən yaxşı halda mövsümün son üç oyununda iştirak edəcəyi gözlənilir. Lautaronun penalti vuran hücumçu olmadığını nəzərə alsaq, son 270 dəqiqənin onun 20 qol həddinə çatması üçün kifayət edib-etməyəcəyi sual doğurur. “Komo”lular Duvikas ilə Pas hərəyə 11 qol vurub. Onların 20-ci qola sevinmək şansı o qədər də real görünmür.
Devisin şansı da praktiki cəhətdən yoxdu. Ona görə ki, “Udineze”nin ingilis hücumçusunun zədə üzündən təxminən 3-4 oyunu buraxacağı məlumdu. Yıldız isə mövsümün həlledici mərhələsində dizində ağrılar hiss etməyə başlayıb. Bu amil türk yarımmüdafiəçinin də göstəricisini azı 10 qol qədər artırmaq imkanını azaltmaya bilməz.
Bu isə o deməkdi ki, cari mövsümün ən yaxşı qolçusunun göstəricisinin 20 qola çatmamaq ehtimalı çoxdu. Belə fakt isə 1990/91 mövsümündən sonra qeydə alınmayıb. Onda Vialli “Sampdoriya”nın skudettonu qazanmasında 19 qolla rol oynamışdı. Canlukanın 34 turdan ibarət çempionatda 26 oyunda iştirak etdiyini də xatırladaq.
Amma, necə deyərlər, liqadakı problemi yoluna qoymaq üçün heç vaxt gec deyil. Maleni nümunə göstərək. O, İtaliyaya yanvarda “Aston Villa”dan gəlib, A seriyasında keçirdiyi 12 oyunda artıq 10 dəfə qol sevinci yaşayıb. Niderlandlı hücumçunun bununla kifayətlənəcəyini iddia etmək üçün heç bir ciddi səbəb yoxdu. Əksinə, komandası “Roma” inadla ÇL-ə vəsiqə qazanmağa çalışdığı üçün qalan 6 oyunda uğurlu nəticələr göstərməyə, bunun üçün isə qollar vurmağa borcludu.
Qol bölgüsü
Son mövsümlər A seriyasında maraqlı tendensiya yaşanır: qol vuran oyunçuların sayı daim artır. Bu planda ötən mövsümün göstəricisi 291-ə bərabər olub. Cari mövsümdə artıq 280 futbolçu azı bir dəfə qapıya yol tapıb. Ən azı 10 qol vuranların faizi 6-dan 9-a artıb. Bu təzahürün digər müsbət tərəfi daha çox sayda oyunçu və bütün xətlər üzrə yayılan məhsuldarlığın şaxələndirilməsidi.
Çempionatda indiyədək “Napoli”nin 19 futbolçusu qol vurub. Bu planda növbəti sıraları “Yuventus” (18), “Atalanta”, “Komo”, “Kalyari” (17), “Roma”, “İnter” və “Bolonya” (16) tutur. Heç şübhəsiz, yalnız bir hücumçuya daha az güvənmək komanda üçün üstünlükdü. Həmin oyunçunun ağır zədələnməsi ciddi problem(lər)ə yol aça bilər. Lakin çox sayda futbolçunun qapıya yol tapması ümumi problemi həll etmir. A seriyası qolları və bombardirləri itirməyə davam edərsə, çempionatın diqqəti ən çox cəlb edən məqamları kimi nəyi izləyəcəyik?..
İtaliya futbolunun ümumi bəlası
Koronavirus pandemiyası İtaliya klub futboluna böyük zərbə vurdu. Klubların maliyyə imkanları bir sıra digər amillərə görə də zəifləyib. Belə vəziyyətdə ən yaxşı snayperlərin A seriyasını müntəzəm tərk etməsi qaçılmaz olub. 2024/25 mövsümündə “Atalanta”nın formasında 25 qol vuran Mateo Retegi indi “Əl-Kədisiyə”də (Səudiyyə Ərəbistanı) oynayır. Yaxın keçmişdə onun kimi bombardirlərin siyahısında yüksək yerlərdə olan Viktor Osimhen, Kriştiano Ronaldo və Mauro İkardi də başqa liqalarda top qovurlar. İtaliyada hucumçuların məhsuldarlığının aşağı düşməsində belə itkilərin də təsiri az deyil.
İş o yerə gəlib çatıb ki, hətta ölkənin nəhəg klubları belə mövsümboyu yüksək göstəriciyə malik mərkəz hücumçusunun yoxluğunun əzabını çəkirlər. “Yuventus”un yayda azad agent kimi sıralarına qatdığı Conatan Devid 30 oyuna 5, “Milan”ın yanvarda icarəyə götürdüyü Niklas Füllkruq 16 oyuna yalnız 1 qol vurub. Höylunn “Napoli”nin, Canluka Skamakka ilə Nikola Krstoviç “Atalanta”nın, Artyom Dovbik ilə Matias Sule “Roma”nın, Pedro ilə Bulaye Dia “Latsio”nun qol problemini qətiyyən yoluna qoya bilmirlər.
Ölkədə güclü yerli hücumçu qıtlığı da davam edir. Belə olan surətdə “skuadra adzurra” dünya çempionatına vəsiqə üçün Bosniya və Hersoqovina ilə həlledici oyunlarda Asiyaya yollanandan sonra səviyyəcə eniş yaşayan Reteginin, mövsümboyu B seriyasına düşməmək üçün çarpışan “Fiorentina”lı Kenin və “İnter”in ehtiyat hücumçuları sayılan Françesko Espozito ilə Davide Frattezinin ümidinə qalır. Nəticə isə artıq bütün dünyaya məlumdu: İtaliya ardıcıl üçüncü mundialda da görünməyəcək!..
Yeri gəlmişkən...
XXI əsrdə mövsümün əksər bombardirləri yüksək məhsuldarlıq nümayiş etdiriblər. Bu planda ən yüksək göstəriciyə 2015/16 mövsümündə Qonsalo İquayn (Napoli), 2019/20 mövsümündə isə Çiro İmmobile (Latsio) imza atıb: hər biri 36 qolun müəllifi olub. Cari əsrdə ən az qol vuran bombardir isə 2007/08 mövsümündə 21 qolla Alessandro Del Pyero (Yuventus) olub.
A seriyasında XXI əsrdə mövsümün bombardirləri
mövsüm oyunçu klub qol
2000/01 Ernan Krespo Latsio 26
2001/02 David Trezeqe Yuventus 24
Dario Hübner Pyaçentsa 24
2002/03 Kristian Vyeri İnter 24
2003/04 Andrey Şevçenko Milan 24
2004/05 Kristiano Lukarelli Livorno 24
2005/06 Luka Toni Fiorentina 31
2006/07 Françesko Totti Roma 26
2007/08 Alessandro Del Pyero Yuventus 21
2008/09 Zlatan İbrahimoviç İnter 25
2009/10 Antonio Di Natale Udineze 29
2010/11 Antonio Di Natale Udineze 28
2011/12 Zlatan İbrahimoviç Milan 28
2012/13 Edinson Kavani Napoli 29
2013/14 Çiro İmmobile Torino 22
2014/15 Luka Toni Verona 22
Mauro İkardi İnter 22
2015/16 Qonsalo İquayn Napoli 36
2016/17 Edin Ceko Roma 29
2017/18 Çiro İmmobile Latsio 29
Mauro İkardi İnter 29
2018/19 Fabio Kvalyarella Sampdoriya 26
2019/20 Çiro İmmobile Latsio 36
2020/21 Kriştiano Ronaldo Yuventus 29
2021/22 Çiro İmmobile Latsio 27
2022/23 Viktor Osimhen Napoli 26
2023/24 Lautaro Martines İnter 24
2024/25 Mateo Retegi Atalanta 25
A seriyasında cari mövsümün bombardirləri
oyunçu klub qol
1. Lautaro Martines İnter 16
2-3. Anastasios Duvikas Komo 11
2-3. Nikolas Pas Komo 11
4-8. Keynan Devis Udineze 10
4-8. Rasmus Höylunn Napoli 10
4-8. Doniell Malen Roma 10
4-8. Markus Türam İnter 10
4-8. Kənan Yıldız Yuventus 10

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:171
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 22 Aprel 2026 16:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan son 16 ildə ilk dəfə “Aİ 92“ benzinini İraqdan alıb

16 Oktyabr 2026 18:42see333

"Atəşgah"dan şikayət: "Turistləri aldadırlar 108 manatlıq sifarişə 180 manat hesab çıxarıldı, biabırçılıqdır!"

17 Oktyabr 2026 10:55see325

“Real Madrid” Konate ilə kifayətlənmir: daha iki ulduz müdafiəçi hədəfdədir

17 Oktyabr 2026 06:05see320

Fransa Ukraynaya raket tədarükünü sürətləndirəcək

16 Oktyabr 2026 23:29see292

Hakan Fidan Gəncliyə Yardım Fonduna hansı təlimatları verib? Bakıda şübhəli görüş

17 Oktyabr 2026 13:38see284

Azərbaycanda 1992 ci ildən həbsdə olan ömürlük məhkum öldü

16 Oktyabr 2026 16:03see246

Soydaşımızın təşəbbüsü ilə Qara Qarayevin əsəri İsveçdə tədris olunacaq

16 Oktyabr 2026 18:26see243

Xalqımızın qəhrəmanlıq tarixi

16 Oktyabr 2026 14:59see238

Fəaliyyətində nöqsanlar aşkarlanan tibbi xidmət sahələri hansılardır? Siyahı açıqlandı

16 Oktyabr 2026 19:27see230

Bəzi məhsullar bahalaşıb, bəziləri ucuzlaşıb SƏBƏBLƏR

16 Oktyabr 2026 21:14see226

Türkiyədə aralarında şagirdlər də olmaqla onlarla insan qidadan zəhərlənib

17 Oktyabr 2026 06:42see223

Ölkəmizdə işsizlərin sayı AÇIQLANDI...

16 Oktyabr 2026 23:19see220

Mədəniyyət naziri Adil Kərimli Füzulidə vətəndaşların müraciətlərini dinlədi FOTOLAR

16 Oktyabr 2026 19:05see214

“Liverpul” liderinə 68 milyon avroluq əvəzləyici tapdı

17 Oktyabr 2026 03:37see210

Minimum maaş 700 manat olmalıdır İqtisadçıdan maraqlı İZAH

17 Oktyabr 2026 08:02see200

Azərbaycan benzini hansı ölkələrə satır?

16 Oktyabr 2026 17:40see199

Bu rayonların sakinlərinin nəzərinə

16 Oktyabr 2026 16:26see197

Türkiyəli jurnalist beynəlxalq axtarışa verildi Azərbaycanla bağlı çağırış edirdi

16 Oktyabr 2026 15:11see197

Ukrayna rekord həcmdə qaz toplayıb və hətta xaricə satıb...

17 Oktyabr 2026 19:32see186

Emrahın keçmiş həyat yoldaşı: Ayrılıq qərarını mən verdim

17 Oktyabr 2026 15:47see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri