AAYDA festivaldan gələnlərə XAOS yaşatdı VİDEO
Tribuna saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Göyçayda keçirilən Nar Festivalına qatılan “XXI Əsrin Qadınları” İctimai Birliyinin sədri Mahirə Əmirhüseynova Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) narazılığını bildirib.
Mahirə Əmirhüseynova Tribunainfo.az-a açıqlamasında qeyd edib ki, festivaldan qayıdarkən saatlarla tıxacda qalıblar.
Belə ki, Göyçayda keçirilən Nar Festivalından qayıdarkən Mingəçevirə gedən şikayətçi bildirib ki, Qazax–Bakı yolunun Hacıqabul rayonundan keçən hissəsində uzunmüddətli tıxac yaranıb və saatlarla gözləməli olublar.
O, Bayraq Günündə belə bir vəziyyətin yaranmasını qəbuledilməz adlandırıb:
“Məhz Bayraq Günündə bu qədər uzun tıxacın yaranması düşündürücüdür. Ən azından bu tarixədək yolların tənzimlənməsi və hərəkətin rahatlığı təmin oluna bilərdi”.
“Sürücülər saatlarla hərəkət edə bilmədilər. Bayraq Günü kimi əlamətdar bir gündə belə vəziyyətin yaşanması təəssüf doğurur,” – deyə ictimai birliyin sədri bildirib.
O, məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyini (AAYDA) hərəkətin tənzimlənməsi istiqamətində daha operativ olmağa çağırıb.
Ətraflı videomaterialı təqdim edirik:
Dəniz Pənahova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 12 Noyabr 2025 11:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















