AB hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır
Icma.az, Bakupost saytına istinadən bildirir.
Avropa İttifaqı (Aİ) üzv ölkələrin ərazisi boyunca qoşun və hərbi texnikanın sürətli daşınması üçün yeni sistem yaradır.
Bakupost.az xəbər verir ki, bu barədə Ukraynanın dezinformasiyaya qarşı mübarizə mərkəzinin rəhbəri Andrey Kovalenko bildirib.
Onun sözlərinə görə, Aİ birliyə daxil olan ölkələr arasında hərbi bölmələrin, zirehli texnikanın və silahların daşınma müddətini əhəmiyyətli dərəcədə azaltmağa imkan verəcək xüsusi sistem tətbiq etməyi planlaşdırır. Bu sistem logistikanı, nəqliyyat infrastrukturunu, eləcə də hazırda qüvvələrin yerdəyişməsini ləngidən bürokratik prosedurları əhatə etməlidir.
Eyni zamanda bildirilib ki, layihə Aİ-nin ümumi müdafiə siyasətinin bir hissəsi olaraq şərq cinahının təhlükəsizliyini gücləndirməyə yönəlib.
Təşəbbüs üzv ölkələr arasında fəaliyyətlərin əlaqələndirilməsi və böhran vəziyyətlərində sürətli reaksiya vermək üçün vahid rəqəmsal mexanizmin yaradılmasını nəzərdə tutur.
"Razılaşmaya birbaşa olmayan dialoq vasitəsilə nail olmaq mümkündür", - o bildirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 01 Noyabr 2025 18:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















