Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

AB ilə İrəvanın imzaladığı sənəd sülh gündəliyinə ziddir XİN

AB ilə İrəvanın imzaladığı sənəd sülh gündəliyinə ziddir XİN

Icma.az, Axar.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanla AB arasında imzalanan sənədi şərh edib.

Bu barədə Axar.az-a XİN-dən məlumat verilib.

Bildirilib ki, 2 dekabr 2025-ci il tarixində Brüssel şəhərində keçirilmiş Avropa Birliyi (AB) və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclasının nəticəsində imzalanmış "Avropa Birliyi-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə post-münaqişə dövründə reallıqları təhrif edən və bütövlükdə Azərbaycanla Ermənistan arasında sülh gündəliyinə zidd olan bir sıra məsələlərin prioritetləşdirilməsi ciddi narahatlıq doğurur.

Növbəti 7 il müddətində AB ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir.

Sənədin giriş hissəsində və bir sıra digər bölmələrində, Azərbaycan tərəfindən təqdim edilmiş reinteqrasiya planından imtina etdikdən sonra ölkəmizdən könüllü şəkildə Ermənistana miqrasiya etmiş erməni sakinlərə istinadən "Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri" ifadəsinin işlədilməsi və bu məsələnin AB və Ermənistan arasında tərəfdaşlıq prioriteti kimi müəyyən edilməsi, eləcə də bu kateqoriya insanların "qaçqın" statusunda qeyd edilməsi Azərbaycana qarşı qərəzin açıq-aydın nümunəsidir.

Həmçinin sənədin regionda normallaşma proseslərinə AB-nin mümkün töhfələri bölməsində Beynəlxalq Ədalət Məhkəməsinin bütün müvafiq qərarlarının tam, dərhal və effektiv həyata keçirilməsinin dəstəklənməsi birmənalı olaraq, Ermənistan tərəfindən Azərbaycana qarşı irəli sürülmüş məlum iddiaları nəzərdə tutur.

Azərbaycanla Ermənistana birbaşa aid olan və sırf ikitərəfli xarakter daşıyan bir məsələnin üçüncü tərəflə gündəmə gətirilməsi tamamilə məntiqsiz olmaqla yanaşı, belə bir yanaşma Azərbaycanın da Ermənistan əleyhinə öz legitim məhkəmə iddialarının mövcudluğunu nəzərə almır.

Azərbaycan, ABŞ və Ermənistan liderlərinin iştirakı ilə Vaşinqtonda paraflanmış sülh sazişində bu iddiaların aradan qaldırılmasına dair müddəa nəzərə alındıqda, AB–Ermənistan sənədində həmin məsələyə toxunulması sülh prosesi ilə birbaşa ziddiyyət təşkil edir və Ermənistan tərəfinin bəyan etdiyi niyyətilə bağlı ciddi suallar yaradır.

İnsanlıq əleyhinə cinayətlər və hərbi cinayətlərdə ittiham olunan və məhkum edilmiş erməni əsilli şəxslərin "əsir" statusunda qeyd edilməsi və onların azadlığa buraxılmasının ayrıca prioritet kimi müəyyən edilməsi reallıqların ciddi şəkildə təhrif edilməsidir və qəbuledilməzdir.

AB–Ermənistan sənədində Ermənistanın regional konsensusdan məhrum olan "sülh kəsişməsi" təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəaların əks olunmasına baxmayaraq, 8 avqust Vaşinqton sammiti zamanı normallaşma prosesi çərçivəsində əldə edilmiş və mühüm əhəmiyyət kəsb edən "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə bir dəfə belə istinad edilməməsi ciddi narahatlıq doğurur. Bu hal, Ermənistanın Vaşinqtonda Baş nazirləri tərəfindən imzalanmış TRIPP sazişi çərçivəsində öhdəlikləri icra etmək niyyətinin ciddiliyi və Aİ-nin bu layihəyə bəyan etdiyi dəstəyi barədə suallar yaradır.

Azərbaycanla Ermənistan arasında paraflanmış saziş layihəsinin 7-ci maddəsində tərəflərin qarşılıqlı sərhəddə hər hansı üçüncü tərəfin qüvvələrini yerləşdirməməklə bağlı öhdəlik nəzərə alındıqda, Azərbaycana qarşı təbliğat vasitəsi kimi istifadə olunan Aİ-nin Ermənistandakı Müşahidə Missiyasının (EUMA) fəaliyyətinə xitam vermək əvəzinə, EUMA-nın mövcudluğunun qorunmasının və missiyanın tam operativliyinin təmin olunmasının prioritetləşdirilməsi digər narahatlıq mənbəyidir.

Prioritetlər sırasında qeyd edilənlərlə yanaşı hərbi və müdafiə məsələlərinin vurğulanması Ermənistanın hərbiləşməsinə xidmət edir.

Yuxarıda qeyd olunan məsələlər 8 avqust tarixindən etibarən post-münaqişə dövründə əldə edilmiş müsbət irəliləyişlər fonunda keçmiş münaqişənin elementlərini yenidən gündəmə gətirir və Ermənistanın niyyətləri barədə ciddi şübhələr yaradır. Ermənistan və Aİ-nin mövcud reallıqları əks etdirməyən bu zərərli müddəaların aradan qaldırılması istiqamətində konkret addımlar atacağını gözləyirik. Öz növbəmizdə, vəziyyəti diqqətlə izləməyə davam edəcək və zəruri nəticələr çıxaracağıq.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:147
embedMənbə:https://axar.az
archiveBu xəbər 09 Dekabr 2025 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see316

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see313

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see291

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see288

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see271

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see264

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see259

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see258

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see246

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see245

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see239

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see228

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see218

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see217

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see205

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see198

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see194

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri