AB Ukrayna ilə bağlı tətbiq etdiyi sanksiyaları daha bir il uzatdı
Icma.az, Newscenter.az portalına istinadən məlumat verir.
Avropa İttifaqı Ukraynadakı dövlət çevrilişindən dərhal sonra Ukrayna rəsmiləri və iş adamlarına qarşı tətbiq edilən ilk sanksiyalar mərhələsini daha bir il uzadıb.
Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə AB Şurasının mətbuat xidməti məlumat verib.
Bildirilir ki, bu sanksiyalar 2014-cü ilin mart ayının əvvəlində Prezident Viktor Yanukoviç və onun ətrafına qarşı tətbiq edilib. Bəyanatda deyilir:
"Ukraynada korrupsiya və vəsaitlərin sui-istifadəsinə görə sanksiyalar 5 mart 2027-ci ilə qədər uzadılıb".
Əvvəlcə Ukrayna üçün AB-nin qara siyahısına Yanukoviç və oğulları da daxil olmaqla 18 nəfər daxil idi. Çoxsaylı məhkəmə işlərindən və bir neçə təqsirləndirilən şəxsin ölümündən sonra siyahıda üç nəfər qalıb. Bunlar iş adamı Sergey Kurçenko, Maydan üsyanı zamanı Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri olmuş Vitali Zaxarçenko və onun müavini Viktor Ratuşnyakdır. Onların AB-yə girişi qadağan edilib və aktivləri dondurulmuş vəziyyətdədir.
Anar
Baxış sayı:163
Bu xəbər 25 Fevral 2026 16:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















